Prezident "Xankəndi"nin açılışında

© Official website of President of Azerbaijan Republicİlham Əliyev “Xankəndi” sualtı tikinti gəmisinin təqdimat mərasimində
İlham Əliyev “Xankəndi” sualtı tikinti gəmisinin təqdimat mərasimində - Sputnik Azərbaycan
Abunə olmaq
İlham Əliyev "Xankəndi" sualtı tikinti gəmisinin təqdimat mərasimində iştirak edib

BAKI, 6 sentyabr — Sputnik. Bakı gəmiqayırma zavodunda BP şirkətinin sifarişi ilə "Şahdəniz-2" layihəsi çərçivəsində inşa edilən "Xankəndi" sualtı tikinti gəmisinin təqdimat mərasimi olub. Sputnik Azərbaycan dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.

"Bu gözəl hadisə münasibətilə sizi təbrik etmək istəyirəm. "Xankəndi" gəmisinin istifadəyə verilməsi doğrudan da tarixi hadisədir. Şadam ki, Azərbaycanda, Bakıda bu nəhəng gəmi inşa edilib, bu gəmiyə "Xankəndi" adı verilibdir. Bunun da çox böyük mənası var" — deyə Prezident çıxışında bildirib.

"Xankəndi bizim qədim şəhərimizdir və Xankəndinin adı bizim üçün əziz, doğmadır. Təsadüfi deyil ki, dünyada unikal standartlara cavab verən gəmiyə məhz bu ad verilmişdir. Bu gəminin tikintisi ölkəmizin gücünü göstərir. Onu göstərir ki, bu gün Azərbaycanda istənilən böyük tikinti işi aparıla bilər" — İlham Əliyev əlavə edib.

Xəbər lenti
0