19:37 21 İyun 2018
Canlı yayım
  • RUB0.0267
  • USD1.7000
  • EUR1.9658
Okean, arxiv şəkli

Yer kürəsini fəlakət gözləyir: temperatur 9°-dək arta bilər

© Sputnik / Yekaterina Chesnokova
XƏBƏRLƏR
Qısa URL
395610

İstixana effekti qazlarının 15 il daha istifadə olunacağı təqdirdə orta hərarətin 3°-dək yüksəlməsi gözlənilir

BAKI, 4 sentyabr — Sputnik. Qlobal istiləşmə fonunda Yer kürəsində temperaturun 21-ci əsrin sonuna qədər ortalama 2°-dən də çox artması gözlənilir.

Sputnik Azərbaycan "Nature Climate Change" jurnalına istinadla xəbər verir ki, ABŞ-ın iki qurumu bir-birindən xəbərsiz araşdırma həyata keçiriblər.

Elsmir adasında qlobal istiləşmədən ciddi zərər görmüş buzlaqlar
© Foto : Mario Tama / Getty Images

Vaşinqton Universitetinin alimləri 2100-cü ilədək Yer kürəsinin 2-4 və 9° dərəcə arasında isinəcəyi ehtimalının 95 faiz olduğunu bildiriblər. Elm adamları hərarətin 1,5° və ondan az artma ehtimalının isə 1 faiz olduğu qənaətindədirlər. Tədqiqatçılar əsrin sonuna qədər planetimizin ən azı ortalama 3,2° isinəcəyini deyiblər.

Maks Plank Meteorologiya İnstitutunun alimləri isə bildiriblər ki, insanların yanacaqdan istifadəni dayandıracağı halda belə, Yer kürəsi 2100-cü ilə qədər təxminən 2° isinəcək. Elm adamları istixana effekti qazlarının 15 il daha istifadə olunacağı təqdirdə orta hərarətin 3°-dək yüksəlməsi ehtimalını da irəli sürüblər.

Alimlər daha əvvəl bildirmişdilər ki, Yer kürəsində orta temperaturun 1° artması o deməkdir ki, dünya okeanlarındakı adalar su altında qalacaq. Okean, dəniz və çay sahillərində yerləşən şəhərlər tamamilə suya qərq olacaq. Temperaturun +2° artması isə qlobal fəlakət deməkdir. Bu, Yer kürəsinin 2/3-nin su altında qalmasına gətirib çıxaracaq.

Əlaqədar

Ekoloq: “Qlobal istiləşmə Azərbaycana mənfi təsir göstərməyəcək”
Alimləri qorxudan kəşf: planet suyun altında qalacaq
"Dalğaların altında nə qədər insanın olduğu sual altında qalır"
Ekoloji fəlakət gözlənilir: Azərbaycan sürüşəcək
Teqlər:
Maks Plank Meteorologiya İnstitutu, qlobal istiləşmə, Yer kürəsi, alimlər, okean, ABŞ

Əsas mövzular