Əhalinin diqqətinə: gözlənilən xəbər açıqlandı

© Sputnik / Shahperi AbbasovaQax rayonundakı "İçəri bazar" qala kompleksi
Qax rayonundakı İçəri bazar qala kompleksi - Sputnik Azərbaycan
Abunə olmaq
Sabah ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb

BAKI, 3 sentyabr — Sputnik. Sentyabrın 4-də Bakıda və Abşeron yarımadasında hava yağmursuz keçəcək. Sputnik Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadən xəbər verir ki, arabir güclənən şimal-qərb küləyi gündüz mülayimləşəcək.

Женщина с зонтиком в жаркий летний день, фото из архива - Sputnik Azərbaycan
Ölkə ərazisində 40 dərəcəyə yaxın isti gözlənilir

Havanın temperaturunun gecə 21-24°, gündüz 28-33° isti, Bakıda gecə 21-23°, gündüz 30-32° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 759 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 65-75 %, gündüz 50-60 % olacaq.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 23-24°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 24-25°, Türkan, Hövsan, Sahil, Şıxda 25-26° isti təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq, arabir güclənən şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 18-23°, gündüz 32-37° isti, dağlarda gecə 13-18°, gündüz 22-27° isti olacağı gözlənilir.

Xəbər lenti
0