Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Mülki müdafiə qoşunları hadisə yerinə çatıb

© Sputnik / İlham AhmadovMeşə yanğını, arxiv şəkli
Meşə yanğını, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Oğuz rayonunda başlayış yanğının söndürülməsinə başlanıb

BAKI, 1 sentyabr — Sputnik. Qəbələ rayonunun Abrıx kəndində çətin keçilə bilən yüksək dağlıq ərazidə baş vermiş yanğınların söndürülməsinə cəlb olunmuş Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq yanğınsöndürmə qüvvələri, Mülki müdafiə qoşunlarının və Şimal-qərb regional mərkəzinin canlı qüvvəsi hadisə rayonuna çatıb və söndürmə işlərinə başlayıb. Bu barədə Sputnik Azərbaycan-a FHN-in mətbuat xidmətindən məlumat verilib.

Meşə yanğını, arxiv şəkli - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda da meşə yanğını başlayıb

Qeyd edək ki, dünən Oğuz Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin (MMBM) Xaçmaz meşəbəyliyinin 3 saylı dolayında yanğın baş verib. Yanğın baş vermiş əraziyə dərhal Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar Nazirliklərinin əməkdaşları cəlb olunub. Yanğının əhatə etdiyi ərazi sərt və hündür yamaclıqdan ibarət olduğundan yanğınsöndürən maşınların əraziyə qalxması mümkün olmayıb.

Yüksək dağlıq ərazidə baş verən yanğının söndürülməsi üçün mümkün olan bütün vasitələrdən, əsasən əl əməyindən istifadə edilir. Hava şəraiti isti və küləkli olduğundan yanğının söndürülməsində çətinliklər yaranıb. Hazırda yanğının digər ərazilərə keçməsinin qarşısının alınması və söndürülməsi istiqamətində tədbirlər görülür.

Xəbər lenti
0