Şəxsi heyətimiz əməliyyata başladı

© Photo : FHN mətbuat xidmətiGürcüstandakı meşə yanğınlarının söndürülməsi əməliyyatlarında Azərbaycanlı mütəxəssislər də iştirak edib
Gürcüstandakı meşə yanğınlarının söndürülməsi əməliyyatlarında Azərbaycanlı mütəxəssislər də iştirak edib - Sputnik Azərbaycan
Abunə olmaq
FHN-in helikopteri Gürcüstandakı meşə yanğınlarının söndürülməsi əməliyyatında iştirak edir

BAKI, 30 avqust — Sputnik. Xəbər verildiyi kimi, avqustun 30-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən, Fövqəladə Hallar Nazirliyi Gürcüstanın Samtsxe-Cavaheti regionunda baş vermiş meşə yanğınlarının söndürülməsinə kömək məqsədilə xüsusi avadanlıqla təchiz olunmuş helikopter və 10 nəfərlik şəxsi heyət göndərib.

FHN-in mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, artıq Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinə məxsus "Ka-32A" helikopteri Gürcüstanın Samtsxe-Cavaheti regionunda baş vermiş meşə yanğınlarının söndürülməsi əməliyyatına başlayıb.

Xəbər lenti
0