Natiq Əliyev tapıldı

© Photo : FHN mətbuat xidmətiXilasetmə əməliyyatı
Xilasetmə əməliyyatı - Sputnik Azərbaycan
Abunə olmaq
Əliyev Natiq Namiq oğlunun vəziyyəti normaldır

Leyla Abdullayeva,Sputnik Azərbaycan

BAKI, 30 avqust — Sputnik. Dünən Quba meşəsində bir uşağın itkin düşməsi haqda məlumat vermişdik. Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, uşaq artıq tapılıb. Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları tərəfindən tapılan 2011-ci il təvəllüdlü Əliyev Natiq Namiq oğlunun vəziyyəti normaldır.

© Photo : şəxsi arxivƏliyev Natiq Namiq oğlun
Əliyev Natiq Namiq oğlun - Sputnik Azərbaycan
Əliyev Natiq Namiq oğlun

Qeyd edək ki, N. Əliyev avqustun 28-də rayonun Əski İqrıq kəndində meşəlik ərazidə yerləşən istirahət mərkəzlərinin birində itmişdi. Yaxınlarının xına mərasimində iştirak edən ailə üzvləri ilə birlikdə istirahət mərkəzində olan azyaşlı bir müddət sonra yoxa çıxmışdı.

Onun axtarışlarına Xüsusi Riskli Xilasetmə Xidmətinin, Dövlət Yanğından Mühafizə Xidmətinin, Mülki müdafiə qoşunlarının, Quba rayon Polis Şöbəsinin, Şimal Regional Mərkəzinin müvafiq axtarış-xilasetmə qüvvələri və kənd sakinləri cəlb olunmuşdu. İtkin düşən uşaq, qeyd olunan ərazidən 6 km aralıda tapılıb.

Xəbər lenti
0