07:55 03 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
634 0 0

Qurban bayramı münasibətilə hərbi hissələrdə "Açıq qapı" günü keçiriləcək

BAKI, 28 avqust — Sputnik. Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, sentyabrın 2-də saat 11.00-da Qurban bayramı münasibətilə bütün hərbi hissələrdə əsgər valideynləri və yaxınları üçün "Açıq qapı" günü təşkil olunacaq. Bu barədə Sputnik Azərbaycan-a Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətindən məlumat verilib.

Həmin gün ziyarətçilər, ictimaiyyət, kütləvi informasiya vasitələrinin nümayəndələri hərbi hissələrdə yaradılan yaşayış və məişət şəraiti ilə yaxından tanış olmaq, xidməti, inzibati binalara, eləcə də əsgər yataqxanaları və yeməkxanalarına baş çəkmək imkanı əldə edəcəklər.

Müxtəlif hərbi hissələrdə Silahlı Qüvvələrin bütün rəhbər heyətinin iştirakı ilə keçiriləcək "Açıq qapı" günündə valideynlərlə görüşlər təşkil olunacaq, onları maraqlandıran məsələlərin müzakirəsi aparılacaq, konsert proqramları və digər mədəni-kütləvi tədbirlər keçiriləcəkdir.

Əlaqədar

Hərbi hissədə yanğın lokallaşdırılıb
Erməni hərbçiləri Qarabağdakı hərbi hissələri özbaşına tərk edirlər
Hərbi hissələrdə andiçmə oldu
Hərbi hissələrin döyüşə hazırlıq səviyyəsi yoxlanılır
Dövlət başçısı hərbi hissədə olub
Teqlər:
"Açıq qapı" günü, valideyn, müdafiə naziri, Zakir Həsənov, hərbi hissə, əsgər

Əsas mövzular