14:32 02 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
57 0 0

Görüşdə Dağlıq Qarabağ münaqişəsi ətrafında fikir mübadiləsi aparılacaq

BAKI, 28 avqust — Sputnik. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə ilə bütün ermənilərin katolikosu II Qaregin arasında görüş olacaq. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Eçmiədzin kilsəsinin mətbuat katibi Vaqram Melikyan açıqlama verib.

Allahşükür Paşazadə
© Sputnik / Murad Orujov

Görüşün sentyabrın 8-i Moskvada keçirilməsi gözlənilir. Görüşü Moskva və bütün Rusiyanın patriarxı Kirill təşkil edir.

Bütün Rusiyanın və Moskva patriarxı Kirillin təşkilatçılığı ilə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə və bütün ermənilərin katolikosu II Qaregin arasında görüşdə müzakirə olunacaq bəzi məsələlər məlum olub. APA-nın məlumatına istinadən Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti sentyabrın 7-də Moskvaya yola düşəcək.

Görüşdə əsasən Dağlıq Qarabağ münaqişəsi ətrafında fikir mübadiləsi aparılacaq. Dini liderlər münaqişənin dini müstəviyə keçməməsi, o cümlədən münaqişə ilə əlaqədar baş verən gərginliklərin təkrarlanmaması, problemin həllinə dini liderlərin hansı töhfələri verə biləcəyinə dair məsələləri müzakirə edəcəklər.

QMİ mətbuat xidmətindən də belə bir görüşün keçiriləcəyini təsdiqləyiblər. Qeyd edək ki, əvvəllər də dini liderlərin bu formatda görüşləri keçirilib.

Əlaqədar

Şeyxülislam "Hacı Cavad" məscidi barədə maraqlı açıqlama verib
"Şeyxülislamlar milli şüurun inkişafı üçün böyük işlər görüblər"
Qanun şeyxülislamın təklifini reallaşdırmağa imkan vermir
Şeyxülislamdan "yeni İslam" təklifinə sərt təpki
Şeyxülislam I Avropa Oyunları ilə bağlı dindarlara xəbərdarlıq edib
Teqlər:
II Qaregin, Allahşükür Paşazadə, QMİ, Qafqaz Müsəlmanları İdarəsi

Əsas mövzular