"Əsl dost"u itirdiyimiz gün

© Photo : TRENDTofiq Tağızadə
Tofiq Tağızadə - Sputnik Azərbaycan
Abunə olmaq
Onun 50-ci illərdə çəkdiyi üç filmlə milli kinomuza yeni üslub gətirdi

BAKI, 27 avgust — Sputnik. Bu gün azərbaycanlı kinorejissor, ssenari müəllifi, aktyor, Azərbaycanın (1960) və Çeçenistanın (1964) əməkdar incəsənət xadimi, Azərbaycan SSR xalq artisti (1976) Tofiq Mehdiqulu oğlu Tağızadənin vəfat etdiyi gündür. O, 7 fevral 1919-ci ildə Bakı şəhərində anadan olub. 1953-cü ildə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinorejissorluq fakültəsini bitirdikdən sonra "Azərbaycanfilm" kinostudiyasında fəaliyyətə başlayıb.

Bir çox filmlərin quruluşçu rejissoru olub. Azərbaycanın xalq artisti fəxri adına layiq görülüb. 50-ci illərdə çəkdiyi üç filmlə milli kinomuza yeni üslub gətirdi. "Görüş", "Uzaq sahillərdə", "Əsl dost" filmləri milli kinomuza yeni nəfəs gəldiyindən xəbər verirdi.

T. Tağızadə 27 avqust 1998-ci ildə dünyadan köçüb.

Xəbər lenti
0