07:02 21 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0562
XƏBƏRLƏR
Qısa URL
2170 0 0

DYP yük avtomobilləri və avtobus sahiblərinə xəbərdarlıq edib

BAKI, 26 avqust — Sputnik. Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi (BŞBPİDYP) bütün növ yük və avtobus tipli avtomobillərin texniki baxışdan keçməsi ilə bağlı xəbərdarlıq edib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə BŞBPİDYP-nin Yol Hərəkətinin Təhlükəsizliyinin Təbliği və İctimai Qurumlarla Əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov açıqlama verib.

O deyib ki, bütün növ yük və avtobus tipli avtomobillər təyin edilən qrafikə uyğun qaydada texniki baxışdan keçməlidir: "Avqustun 1-dən bütün növ yük və avtobus tipli avtomobillərin texniki baxışdan keçirilməsinə başlanılıb. Hazırda Daxili İşlər Nazirliyinin Bakı-Zabrat-Maştağa yolunun 1-ci kilometrliyində yerləşən Baş Dövlət Yol Polisi İdarəsinin Diaqnostika Mərkəzi bu tipli avtomobillərin texniki baxışdan keçirilməsinə start verib. Bu növ avtomobil sahibləri olan hüquqi və fiziki şəxslərə bir daha xəbərdarlıq edilir ki, nəqliyyat vasitələrini noyabrın 1-dək texniki baxışdan keçirsinlər. Texniki baxışdan təyin edilən müddətdə keçmədikdə fiziki şəxslər 50 manat, vəzifəli şəxslər 100 manat, hüquqi şəxslər isə 300 manat məbləğində cərimə edilir".

"Dövlət Yol Polisi hüquqi və fiziki şəxslərin nəzərinə çatdırır və bildirir ki, Diaqnostika Mərkəzində növbə yaranmaması üçün əvvəlcədən avtomobil təsərrüfatı olan müəssisələr təsdiq edilmiş qrafikə uyğun olaraq nəqliyyat vasitələrinin texniki baxışdan keçməsini təmin etsinlər" — Əsədov bildirib.

DYP sözçüsü əlavə edib ki, müasir texniki avadanlıqla təchiz edilən Diaqnostika Mərkəzi bayram günləri də daxil olmaqla səhər saat 9.00-dan axşam saat 18.00-dək fasiləsiz fəaliyyət göstərir: "Texniki baxışdan keçərkən avtomobilin əyləc sistemi, sükan idarəetmə mexanizmi, işıq sistemi, mühərrikin iş prinsipi, şüşəsilənlər və qanunla nəzərdə tutulmuş digər göstəricilər yoxlanılır".

Əlaqədar

DYP-nin "prava" verdiyi sürücünü DİM təkrar imtahana çəkəcək
Video da ortada, məhkəmə qərarı da, amma DYP əksini iddia edir
Sürücülük məktəbləri ləğv edilib? - DYP məlumatsızdır
Teqlər:
BŞBPİDYP, Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi, texniki baxış, yük avtomobili, Vaqif Əsədov, avtobus

Əsas mövzular