05:05 27 Yanvar 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
58 0 0

Pul tapa bilməyən naməlum şəxs cinayət törətdikdən sonra hadisə yerindən qaçıb

BAKI, 25 avqust — Sputnik. Abşeronda dəhşətli qətl törədilib. Sputnik Azərbaycan-ın APA-ya istinadən məlumatına görə, hadisə iki gün əvvəl rayonun Saray qəsəbəsi, "Üzümlük" adlanan ərazidə qeydə alınıb.

Məmməd Sərxanova məxsus evə girən naməlum şəxs ev sahibin başına taxta ilə vuraraq öldürüb. Naməlum şəxs daha sonra ev sahibinin həyat yoldaşı Zeynəb Sərxanovanı hədələyərək pul tələb edib. Məqsədinə çata bilmədikdə isə qadına da xəsarət yetirərək, hadisə yerindən qaçıb.

Z. Sərxanova xəstəxanaya yerləşdirilib, vəziyyəti ağır olaraq qalır.

Abşeron rayon Polis Şöbəsi və prokurorluq əməkdaşlarının birgə həyata keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində hadisənin rayon sakini, 1974-cü il təvəllüdlü Maqsud Şiri oğlu Əliyev tərəfindən törədilməsi müəyyən edilib, və o saxlanılıb.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda cinayət işi başlanıb, istintaq gedir.

Əlaqədar

Cənub bölgəsində tükürpədici ailə qətliamı
Quyuya atılan 6 günlük körpəni nənəsi yox, başqası qətlə yetirib
DİN-dən Göygöldəki amansız qətllə bağlı rəsmi açıqlama
Polisi qətlə yetirdi, özü xəstəxanaya düşdü
Dörd polis əməkdaşı qətlə yetirildi
Teqlər:
Rayon Prokurorluğu, soyğunçuluq, qətl, Abşeron

Əsas mövzular