Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Tarix yazıldı: "Qarabağ" Çempionlar Liqasının qrup mərhələsində

© Photo : Instagram / fc_kobenhavn"Qarabağ" - "Kopenhagen" oyunu
Qarabağ - Kopenhagen oyunu - Sputnik Azərbaycan
Abunə olmaq
Əhsən "Qarabağ"! Təbriklər "Qarabağ"!

BAKI, 24 avqust — Sputnik. Ağdamın "Qarabağ" futbol klubu tarixi nailiyyətə imza atıb. Sputnik Azərbaycan xəbər verir ki, "Qarabağ" Azərbaycan futbolu tarixində ilk dəfə Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanıb.

"Qarabağ" bu gün Danimarkanın "Kopenhagen" klubunun qonağı olub. Xatırladaq ki, komandalar arasında Bakıda keçirilən ilk oyun 1:0 "Qarabağ"ın xeyrinə başa çatmışdı. Təkrar oyun "Kopenhagen"in xeyrinə 2:1 hesabı ilə başa çatıb. İki oyunun ümumi hesabı 2:2 nəticələnib. Amma rəqib meydanında vurulan qol üstünlüyü "Qarabağ"ın tarixində ilk dəfə qrup mərhələsinə keçməsinə imkan verib.

Əhsən "Qarabağ"! Təbriklər "Qarabağ"!

Xəbər lenti
0