08:54 03 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
36 0 0

Hazırda FHN-ə məxsus canlı qüvvə və texnika Daba kəndi yaxınlığındakı yanğın ocağının söndürülməsi əməliyyatını həyata keçirir

BAKI, 23 avqust — Sputnik. Gürcüstan hökumətinin müraciətinə əsasən, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə Gürcüstanın Borjomi-Xaraqulsk qoruğunda baş vermiş meşə yanğınlarının söndürülməsinə kömək məqsədilə avqustun 22-də FHN-in xilasetmə və yanğınsöndürmə texnika və avadanlıqları ilə təchiz olunmuş xüsusi xilasetmə dəstəsi Gürcüstana yola düşüb. Bu barədə Sputnik Azərbaycan-a Fövqaladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinin rəhbəri Oktay Bayarmov məlumat verib.

FHN helikopteri Gürcüstanda meşə yanğınlarının söndürülməsi əməliyyatıına
© Photo : FHN mətbuat xidməti

O bildirib ki, Barjomi-Xaraqulsk qoruğunda meşə yanğınlarının söndürülməsində iştirak edəcək xilasetmə dəstəsinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin 10 yanğınsöndürmə avtomobili və 79 nəfərlik şəxsi heyəti (fərdi yanğınsöndürmə vasitələri ilə təchiz edilmiş), Mülki Müdafiə Qoşunlarının 4 texnikası və 10 nəfərlik şəxsi heyəti cəlb olunub: "Həmçinin Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin yanğının baş verdiyi mürəkkəb relyefli ərazilərdə daha operativ xilasetmə və yanğınsöndürmə əməliyyatları aparılması məqsədi ilə xüsusi hazırlıq keçmiş 26 xilasedicisi Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin 2 helikopteri ilə hadisə yerinə desant çıxarılması üçün ezam olunub. Meşə yanğınının söndürülməsi məqsədi ilə qonşu ölkəyə ezam edilən Nazirliyin xilasetmə dəstəsinin operativ və səmərələi fəaliyyətinin, gündəlik həyat təminatının və istirahətinin təmin edilməsi üçün tutulmuş çadırlar qurulmuş və səyyar mətbəx quraşdırılıb".

"FHN-in MMQ-nin səhra şəraiti üçün nəzərdə tutulmuş çadırlarının qurulması və səyyar mətbəxin açılması nəzərdə tutulub. Bununla bağlı bütün təminat Azərbaycan FHN tərəfindən həyata keçiriləcək" — Bayramov əlavə edib.

O, həmçinin vurğulayıb ki, ümumilikdə təbii fəlakət zonasına Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin 22 texnikası, o cümlədən 1 helikopteri və 131 nəfər canlı qüvvəsi, Dövlət Sərhəd Xidmətinin 2 helikopteri və 6 nəfər ekipaj heyəti cəlb edilib: "FHN-in xüsusi hazırlıq keçmiş 26 xilasedicisi Dövlət Sərhəd Xidmətinin 2 helikopteri ilə Gürcüstana çatmışdır. Qeyd edilən digər texnikalar və canlı qüvvə yaxın saatlarda Azərbaycan-Gürcüstan dövlət sərhəddini keçəcəklər. Hazırda FHN-ə məxsus canlı qüvvə və texnika Daba kəndi yaxınlığındakı yanğın ocağının söndürülməsi əməliyyatını həyata keçirirlər".

Əlaqədar

Azərbaycan helikopteri əməliyyata qoşulub
Şimal bölgəsində irimiqyaslı əməliyyat: helikopterlər havaya qalxdı
Azərbaycanda helikopter qəza enişi etdi
Helikopter qəzaya uğradı, 4 hərbçi dünyasını dəyişdi
Teqlər:
meşə yanğınları, Gürcüstan, Azərbaycan, xilasetmə

Əsas mövzular