CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Həmyerlimizin rus dünya çempionunu öldürməsinin ilginc səbəbi

© Photo : Instagram / anar4911Anar Allahverənov
Anar Allahverənov - Sputnik Azərbaycan
Abunə olmaq
Allahverənovun qohumları bildirirlər ki, Andrey Draçev Anarı itələyib, onu “çuşka” (geridəqalmış kimi təhqiramiz ifadə - red.) adlandırıb

BAKI, 22 avqust — Sputnik. Pauerliftinq (güc üçnövçülüyü) üzrə dünya və Avropa çempionu Andrey Draçevin davada öldürülmə səbəbi məlum olub. Sputnik Azərbaycan “Azerbaydjanskiy vzqlyad”a istinadən xəbər verir ki, idmançının döyülməsinə  onun Anar Allahverənovu təhqir etməsi səbəb olub.

Anar Allahverənov - Sputnik Azərbaycan
Dünya çempionunu öldürən azərbaycanlı həbs edilib

Allahverənovun qohumları bildirirlər ki, Andrey Draçev Anarı itələyib, onu “çuşka” (geridəqalmış kimi təhqiramiz ifadə — red.) adlandırıb. Onların arasında mübahisə yaranıb və Andrey bir daha Anarı küçə ifadələri ilə təhqir edib. Bundan sonra Anar dünya çempionunu təkbətək davaya çağırıb.

Qohumları bildiriblər ki, Anar bərk hirslənib və hisslərini cilovlaya bilməyib: “Amma o, Andreyi öldürmək niyyətində olmayıb. Biz indiyə kimi görməmişik ki, Anar boş yerə dava etsin. O, bütün günü idmanla məşğul olurdu. Dəfələrlə yarışlarda yüksək nəticə göstərib. Andrey Draçevin bir qrup şəxs tərəfindən döyülməsi də yalandır”.

Xatırladaq ki, hadisə avqustun 20-də səhər tezdən Xabarovsk şəhərinin kafelərindən birinin qarşısında baş verib. Dava zamanı Anar Allahverənov Andrey Draçevi zərbə ilə yerə yıxır və sonra ona daha bir neçə zərbə endirir. Təcili yardım Draçevi xəstəxanaya çatdırsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Rusiya mətbuatı bundan əvvəl məhz Anarın Andreyə söz atdığını iddia edirdi. Bəzi şahidlər isə dünya çempionunun “bir qrup qafqazlı tərəfindən” döyülərək öldürüldüyünü bildirirdi. Amma müşahidə kameraları və telefonla çəkilmiş görüntülər dünya çempionunun təkbətək davada döyüldüyünü sübut edir.

Xəbər lenti
0