09:44 10 Aprel 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
50 0 0

Siyahıya Rusiya hökumətinin sədri Dmitri Medvedev və Moskva meri Sergey Sobyanin başçılıq edir

BAKI, 21 avgust — Sputnik. Rusiyanın “Peterburqskaya Politika” Fondunun ekspertləri Prezident Vladimir Putinin bu vəzifədə varislərinin reytinqini tərtib ediblər.

Sputnik Azərbaycan AZƏRTAC-a istinadən xəbər verir ki, siyahıya Rusiya hökumətinin sədri Dmitri Medvedev və Moskva meri Sergey Sobyanin başçılıq edir. Üçüncü və dördüncü yerlərdə Tula vilayətinin qubernatoru Aleksey Dyumin və müdafiə naziri Sergey Şoyqudur.

Federasiya Şurasının sədri Valentina Matviyenko, Rusiya Prezidenti Administrasiyasının rəhbəri Anton Vayno, Dövlət Dumasının spikeri Vyaçeslav Volodin də siyahıya daxil edilib.

Çeçenistanın başçısı Ramzan Kadırov reytinqdə 13-cü, Korrupsiya ilə Mübarizə Fondunun rəhbəri Aleksey Navalni 18-ci yerdədir.

“Kommersant” qəzeti yazır ki, siyahı tərtib olunarkən siyasətçilərin nailiyyətləri və uğursuzluqları, ictimaiyyət arasında nüfuzu, fəallığı, ölkə Prezidenti ilə görüşlərinin müntəzəmliyi və digər məsələlər nəzərə alınıb.

Əlaqədar

Putinə Rusiya paytaxtını köçürmək təklif edildi
ABŞ Putinin qərarını əsassız adlandırdı
Putin amerikalı diplomatları Rusiyadan qovdu
Putinin sözçüsü ABŞ-a od püskürdü
Putini küçədə öpdülər
Teqlər:
Ramzan Kadırov, Sergey Şoyqu, Valentina Matviyenko, Sergey Sobyanin, Dmitri Medvedev, varis, Vladimir Putin

Əsas mövzular