CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Rusiya səfirliyinin avtomobili Bakıda qəzaya düşüb

© Sputnik / Murad OrujovRusiyanın Azərbaycandakı səfirliyi
Rusiyanın Azərbaycandakı səfirliyi - Sputnik Azərbaycan
Abunə olmaq
Hadisə paytaxtın Bakıxanov küçəsi 11 ünvanında qeydə alınıb

BAKI, 21 avgust — Sputnik. Rusiyanın Azərbaycandakı səfirliyinə məxsus avtomobil qəzaya düşüb. Sputnik Azərbaycan-ın APA-ya istinadən məlumatına görə, hadisə paytaxtın Bakıxanov küçəsi 11 ünvanında qeydə alınıb.

Rusiyanın Bakıdakı səfirliyinə məxsus “Hyundai” markalı, 004 D 010 dövlət qeydiyyat nişanlı maşın Nicat Bəhmanlının idarə etdiyi “Mercedes” markalı avtomobillə toqquşub.

Qəza nəticəsində xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti
0