İrandan Türkiyəyə sürpriz "PKK" təklifi

© AP Photo / Murat BayPKK üzvü, arxiv şəkli
PKK üzvü, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
ABŞ-ın PKK-nı bölgədə özünə partnyor seçməsi, terrorçulara ağır silahlar göndərməsi İranı təcili hərəkətə keçirib

BAKI, 21 avqust — Sputnik. İranın Baş Qərargah rəisi general Məhəmməd Bakırinin Ankaraya 3 günlük səfərinin pərdə arxası üzə çıxıb. Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən məlumata görə, iranlı general türk həmkarına PKK-ya qarşı birgə əməliyyat təklifi verib.

Saleh Müslim - Sputnik Azərbaycan
PKK-dan Amerikaya çağırış: türkləri durdurun

Təklif Türkiyə üçün sürpriz olub. Çünki rəsmi Tehranın PKK ilə 1996-cı ildən bu yana açıq şəkildə olmasa da, üstü-örtülü əlaqələri var idi. Ankaranın narahatlığına baxmayaraq, Tehran PKK məsələsində ciddi işlər görməkdən boyun qaçırırdı.

Bu dəfə isə vəziyyət tamamilə fərqlidir. Amerika Birləşmiş Ştatlarının PKK-nı bölgədə özünə partnyor seçməsi, terrorçulara ağır silahlar göndərməsi İranı təcili hərəkətə keçirib. Çünki Tehran həmin Amerika silahlarının bir gün İrana da tuşlana biləcəyindən çəkinir.

İranlı general Bakıri Türkiyənin Baş Qərargah rəisi Hulusi Akara əməliyyat planını da təqdim edib. Həmin plana əsasən, iki ölkənin quru və hava qoşunları 9 istiqamətdən PKK-nın İraqın şimalındakı mövqelərinə hücum edəcək. Türkiyə təklifi müsbət qarşılayıb.

 

Xəbər lenti
0