CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Dünya çempionunu öldürən azərbaycanlı həbs edilib

© Photo : Instagram / anar4911Anar Allahverənov
Anar Allahverənov - Sputnik Azərbaycan
Abunə olmaq
Həbsdən dərhal sonra şübhəli şəxsin vəkilləri onun daha yüngül maddə ilə ittiham edilməsi üçün fəaliyyətə başlayıblar

BAKI, 21 avqust — Sputnik. Pauerliftinq (güc üçnövçülüyü) üzrə 120 kiloqram çəki dərəcəsində dünya və Avropa çempionu Andrey Draçevi döyüb öldürən şəxs həbs edilib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə AmurMedia məlumat yayıb. 

Mənbənin bildirdiyinə görə, həbsdən dərhal sonra şübhəli şəxsin vəkilləri onun daha yüngül maddə ilə ittiham edilməsi üçün fəaliyyətə başlayıblar. Bundan əvvəl Rusiya Federasiyasının İstintaq Komitəsinin Xabarovsk diyarı üzrə istintaq orqanları Cinayət Məcəlləsinin 111-ci maddəsinin 4-cü hissəsi ("Sağlamlığa qəsdən ağır zərər yetirmə, ehtiyatsızlıqdan zərərçəkənin ölümünə səbəb olma") ilə cinayət işinə başlamışdılar.

Xatırladaq ki, Draçevin ölümündə əslən azərbaycanlı olan, hazırda Xabarovskda yaşayan 1992-ci il təvəllüdlü əlbəyaxa döyüş ustası Anar Əliyar oğlu Allahverənov şübhəli bilinir. Müşahidə kameralarına düşən görüntüdə görünür ki, Allahverənov dünya çempionunu bir zərbə ilə yerə sərir və sonra onu yumrulayır.

 

 

Xəbər lenti
0