Keçəllərə müjdə: dərmanınız tapıldı

© pixabay / kaicho20Keçəl adam, arxiv şəkli
Keçəl adam, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Alimlər laktat istehsalını gücləndirmək üçün iki preparat da düzəldiblər

BAKI, 20 avqust — Sputnik. Amerika alimləri keçəlləşməyə qarşı yeni mübarizə üsulu tapıblar. Sputnik Azərbaycan bu barədə Rusiya mətbuatına istinadən məlumat verir. Müvafiq tədqiqatın nəticələri Cell Biology jurnalında dərc olunub.

Tədqiqatı Los-Ancelesdəki Kaliforniya universitetinin alimləri aparıblar.

Mütəxəssislər follikulada tükün uzanmasına görə cavabdeh olan kök hüceyrələri aktivləşdiriblər. Onlar bunu elementar orqanizm vahidində laktatların istehsalını genişləndirmək üsulu ilə ediblər. Nəticə effektiv olub. Eksperimentlər gəmiricilər üzərində aparılıb, lakin alimlər fikirləşirlər ki, insanlarda da eyni effekt alınacaq.

Alimlər laktat istehsalını gücləndirmək üçün iki preparat da düzəldiblər.

RCGD423 və UK5099 adlı preparatlar dəriyə sürtüldükdə laktat istehsalını stimullaşdırırlar.

Daha öncə elmə laktatların istehsalının tüklərin uzanmasına təsiri məlum deyildi. Mütəxəssislər yeni metodun keçəlləşmə ilə mübarizədə effektiv olacağını düşünürlər.

 

Xəbər lenti
0