05:36 23 Avqust 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0258
  • EUR1.8840
Fransız polisi hadisə yerində

Dəhşətli terror: bu dəfə Avropanın mərkəzində əsgərləri vurdular

© REUTERS / Benoit Tessier
XƏBƏRLƏR
Qısa URL
24110

Bu səhər Avropa növbəti terror hücumu ilə sarsılıb

BAKI, 9 avqust — Sputnik. Bu saatlarda Fransanın paytaxtı Parisdə növbəti terror aktı baş verib. Şəhərin qərbindəki şəhərətrafı Levallois-Perretdə əsgərlərin üstünə maşın sürülüb. 

Fransa mediası hücum zamanı yaralanan altı əsgərin ikisinin vəziyyətinin ağır olduğunu bildirir. 

​Levallois bələdiyyəsinin sədri hücum zamanı BMW markalı avtomobilin bölgədə səhər kazarmadan yeni çıxaraq sıra düzülüşündə olan əsgərləri hədəfə aldığını söyləyib. 

Xüsusi təyinatlıların da yer aldığı polis qrupları Levallois-Perret məhəlləsində antiterror əməliyyatına başlayıb. Yerli vaxtla səhər saat 09.00 radələrində baş verən hücumda iştirak edən avtomobil axtarılır.

Bir neçə ildir terror hücumlarının hədəfi olan Fransada sonuncu dəfə iyun ayında məşhur Champs Elysees bulvarında bir maşın jandarm avtobusunu vurmuşdu. Hücum edən şəxs hadisə yerində ölmüşdü.

Yenə iyun ayında bir şübhəli şəxs məşhur Notre Dame Katedralı yaxınlğındakı polisə çəkiclə hücum etmişdi. Polis hücum edən şəxsə atəş açaraq onu dayandırmışdı. 

Champs Elysees-də aprel ayında bir polis silahla vurulmuşdu və bu hücumu İŞİD öz üzərinə götürmüşdü. 

Fransada 2015-ci ildə Charlie Hebdo jurnalının redaksiyasına və bir supermarketə hücumla başlayan terror aktları seriyasında indiyədək 230-dan çox adam ölüb.

Əlaqədar

Parisdə şok partlayış baş verib
Parisdə kütləvi iğtişaşlar başladı
Parisdə terror həyacanı: silahlı şəxs zərərsizləşdirilib
Parisdə törədilən terror aktlarında əsas şübhəli həbs edilib
Parisdə atışma baş verib
Parisdə terror təşkil etməkdə şübhəli olan İŞİD-çi Türkiyədə tutulub
Parisdə keçirilən xüsusi əməliyyat zamanı 2 terrorçu öldürülüb
Teqlər:
terror aktı, Paris, İŞİD, terror, Fransa

Əsas mövzular