04:06 22 Noyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0266
  • EUR1.8828
Elektrik qatar

İctimai nəqliyyatda daha bir yenilik

© Sputnik / Murad Orujov
XƏBƏRLƏR
Qısa URL
58 0 0

Elektrik qatarlarında yeni ödəniş sistemi tətbiq olunacaq

BAKI, 1 avqust — Sputnik. Azərbaycanda elektrik qatarlarında elektron gediş kartları tətbiq olunacaq. Sputnik Azərbaycan xəbər verir ki, bununla bağlı "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti (QSC) tender elan edib.

Tender iki lotdan ibarətdir. 1-ci lot elektrik qatarlarına bilet satışı sistemi üçün lazım olan avadanlıqların, 2-ci lot isə elektron gediş kartlarının tətbiqi üçün avadanlıqların alınması ilə bağlıdır. Elektron gediş kartlarının tətbiqindən sonra elektrik qatarlarından istifadə edən sərnişinlər gediş haqlarını elektron kart vasitəsilə ödəyəcək.

Bunun üçün "Azərbaycan Dəmir Yolları"nın öz kartları olacaq. Dəmir yol stansiyalarında elektron karta vəsait yükləmək üçün cihazlar quraşdırılacaq. Kartın balansından vəsait isə sərnişinin getdiyi məsafəyə uyğun çıxılacaq.

Əlaqədar

Bakı metrosunda daha bir gənc özünü qatarın altına atdı
Səyyar "ASAN qatar" Balakəndə
Qatarlar gücləndirilmiş rejimdə çalışacaq
Metroda qatarlar toqquşdu: yaralananlar var
Sürət qatarı relsdən çıxıb
Həmin gün qatarlar pulsuz olacaq
Teqlər:
elektron gediş kartları, elektrik qatarları, "Azərbaycan Dəmir Yolları", Azərbaycan

Əsas mövzular