15:59 13 İyul 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
3749 0 0

Dolların alış-satış qiymətləri bu həddə düşdü

BAKI, 1 avgust — Sputnik. Avqustun 1-də "qara bazar"da dolların satışı ucuzlaşıb. Fins.az-n fərdi qaydada valyuta satışı ilə məşğul olan şəxslərdən əldə etdiyi məlumata görə, səhər saatlarında dolların alışı 1.6950 manat olaraq qalsa da, satışı 1.7030-1.7050 manatdan 1.7000 manata düşüb.

Avronun son dövrlər möhkəmlənməsi isə "qara bazar"a da təsirsiz ötüşməyib. Avropa valyutasının alışı hazırda 1.9700 manat, satışı isə 1.9800-1.9900 manat təşkil edir. Rus rublu isə "qara bazar"da 2.76 qəpiyə alınıb, 2.8 qəpiyə satılır.

Bu gün banklararası ticarətdə isə dolların məzənnəsi dəyişməyib. Fins.az xəbər verir ki, "Bloomberg" terminalında dollar ötən gündən etibarən 1.6983 manat kursunu qoruyub saxlayıb.

Qeyd edək ki, bundan əvvəl dollar manat qarşısında 0,69% dəyər qazanmışdı. Xatırladaq ki, bir sıra banklar öz müştəriləri üçün müəyyən etdiyi alış-satış qiymətlərini Bloomberg platformasında əks etdirirlər. Bu sifarişlər əsasında başqa bir indeks formalaşır ki, həmin indeks Bloomberg ticarət platforması ilə yanaşı Bloomberg.com saytında da elan olunur.

Əlaqədar

Dolların sabahkı qiyməti bilindi
Dollar ayın sonunadək bu qiymətə olacaq
Dollar uculaşması davam edir
Dolların yeni qiyməti bilindi
Dolların yeni qiyməti bilindi
Dollar həftə sonu bu qiymətə olacaq
Teqlər:
manat, bank, satış, alış, dollar, "qara bazar"

Əsas mövzular