19:24 24 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
36 0 0

İsrailin Azərbaycandakı səfirliyi məsələyə münasibət bildirib

BAKI, 27 iyul — Sputnik. İsrailin Azərbaycandakı səfirliyi, bu ölkənin vətəndaşı olan blogger Aleksandr Lapşinin Dağlıq Qarabağa qanunsuz səfər etdiyinə görə aldığı 3 illik həbs cəzasını İsraildə çəkməsi barədə ərizə ilə müraciət etməsi xəbərinə münasibət bildirib. Səfirlikdən "Report"a bildiriblər ki, İsrailin hər bir vətəndaşının bu cür müraciət etməyə haqqı var.

"Lakin biz Aleksandr Lapşinin İsrailin Azərbaycandakı səfirliyinin nümayəndələri ilə görüşünün məzmununu açıqlaya bilmərik. Bu, Aleksandr Lapşinin şəxsi məsələsidir və biz bu barədə məlumat verə bilmərik" — deyə səfirlikdən bildiriblər.

Qeyd edək ki, dünən blogger Aleksandr Lapşin İsrailə ekstradisiya olunmaq üçün, bu ölkənin Azərbaycandakı səfirliyinə ərizə ilə müraciət edib. Vəkili Eduard Çerninin sözlərinə görə, artıq müvəkkili İsrailə ekstradisiya olunmaq üçün ərizə ilə müraciət edib: "Bu barədə Lapşin mənə görüşümüz zamanı məlumat verdi".

E. Çerninin sözlərinə görə, A.Lapşin barəsindəki məhkəmə qərarından apellyasiya şikayəti verməyəcək.

Xatırladaq ki, Azərbaycan Baş Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində istintaqı aparılan cinayət işi üzrə ayrı-ayrı dövlətlərin vətəndaşlığını daşıyan A.Lapşin Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə, ərazi bütövlüyünü parçalamağa yönələn açıq çağırışlar etmə əməllərinə görə təqsirləndirilən şəxs qismində cəlb edilib. Beynəlxalq və dövlətlərarası axtarışa verilməsi ilə əlaqədar 2016-cı il dekabrın 15-də Belarus Respublikasının hüquq-mühafizə orqanları tərəfindən Minskdə saxlanılaraq, 2017-ci il fevralın 7-də Azərbaycan Respublikasına ekstradisiya olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.Lapşinə ittiham olunduğu Azərbaycan Cinayət Məcəlləsinin 281.2-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar) maddəsi ilə bəraət verilib. Qeyd edilib ki, bu maddə ilə verilən ittiham məhkəmə istintaqı zamanı sübuta yetirilməyib. Hökmdə qeyd edilir ki, Lapşinin Azərbaycan dövlətinin əleyhinə etdiyi çağırışları təxəyyülünün məhsuludur, dedikləri ehtimal xarakteri daşıyır. Məhkəmə Lapşini Cinayət Məcəlləsinin 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddəsi ilə təqsirli bilərək 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edib.

Əlaqədar

Lapşin müraciət etdi, Ədliyyə Nazirliyi reaksiya verdi
Lapşinin müdafiəsi məhkəmənin qərarından razıdır
Lapşin azərbaycanlılara mənəvi əzab verdiyi üçün peşmandır
Ədliyyə Nazirliyindən Aleksandr Lapşinlə bağlı açıqlama
Lapşinin cinayət işi üzrə ibtidai istintaqı başa çatıb
Aleksandr Lapşinin həbs müddəti uzadıldı
Teqlər:
səfirlik, Dağlıq Qarabağ, blogger Aleksandr Lapşin, Azərbaycan, İsrail

Əsas mövzular

  • Türkiyə sülhməramlıları, arxiv şəkli

    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 11-də bəyan edib ki, Ankara ilə Moskva Qarabağda atəşkəsə nəzarət üzrə mərkəzin yaradılmasına dair memorandum imzalayıblar və türk hərbçilər də birgə sülhyaratma missiyasında iştirak edəcəklər

    31
  • Əklil

    Cavid Zeynallı Əjdər Həmidovun bir neçə saat əvvəl Kliniki Tibbi Mərkəzdə vəfat etdiyini deyib: "Bir neçə gün əvvəl xəstəxanaya yerləşdirilmişdi, insultdan əziyyət çəkirdi".

    18
  • Təzə Bazar, arxiv şəkli

    "Bazarda yeraltı dayanacaqlar da nəzərdə tutulub. Bilirsiniz ki, Bakıda dayanacaq problemi var. Bu problemlər hamısı düşünülüb. Bu səbəbdən də tikintinin müddəti müəyyən dövr çəkəcək"

    15