03:34 21 Sentyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
9156 0 0

İlham Əliyev Pirallahı rayonuna təmiz içməli suyun verilməsini bildirən düyməni basıb

BAKI, 21 iyul — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakının Pirallahı rayonunda balıq yetişdirmə ferması, park, iaşə, əyləncə və istirahət mərkəzini əhatə edən "Nərəkənd" kompleksində yaradılan şəraitlə tanış olub. Sputnik Azərbaycan dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, rayon icra hakimiyyətinin başçısı Vasif İmanov Prezident İlham Əliyevə rayonda və kompleksdə yaradılan şərait barədə ətraflı məlumat verdi.

Prezident İlham Əliyev Bakının Pirallahı rayonunun içməli su təchizatı layihəsinin açılışında iştirak edib. Dövlətimizin başçısı əvvəlcə rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü. Rayon ictimaiyyəti adından çıxış edən Ülkər Şirinova göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıq etdi.

Sonra Azərbaycan Prezidenti "Pirallahı qəsəbəsinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması" layihəsi üzrə görülən işlərin texniki-iqtisadi göstəricilərini əks etdirən stendlərlə tanış oldu. "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov Prezident İlham Əliyevə görülən işlər barədə ətraflı məlumat verdi. Prezident İlham Əliyev Pirallahı rayonuna təmiz içməli suyun verilməsini bildirən düyməni basdı. Sonda xatirə şəkli çəkdirildi.

Prezident İlham Əliyev "Pirallahı" günəş elektrik stansiyasının açılışında da iştirak edib. Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədri Akim Bədəlov dövlətimizin başçısına "Pirallahı" günəş elektrik stansiyası layihəsinin texniki-iqtisadi göstəriciləri haqqında ətraflı məlumat verdi. Bildirildi ki, layihənin məqsədi Pirallahı rayonunda əhalinin və sosial obyektlərin yerli alternativ və bərpa olunan enerji mənbələri hesabına enerji ilə təminatından ibarətdir.

Daha sonra prezident İlham Əliyev Pirallahı rayonunda "Nərəkənd" layihəsi çərçivəsində yaradılacaq "CMS Properties" MMC-nin balıqyetişdirmə kompleksində qapalı və açıq tipli fermaların təməlqoyma mərasimində iştirak edib. Dövlətimizin başçısına müəssisə barədə məlumat verildi. Bildirildi ki, qapalı tipli fermada ildə 75 ton rus nərəsinin və 25 ton çökə ətinin, habelə 4 ton kürünün istehsalı nəzərdə tutulub. Həmin fermada dənizdən təchiz olunan su süzgəcdən keçirilərək duruldulacaq, duzluluğu müvafiq səviyyəyə çatdırılacaq və qapalı sistemdə təkrar dövriyyə olunacaq. Prezident İlham Əliyev balıqyetişdirmə fermalarının təməlini qoydu.

Prezident İlham Əliyev Pirallahı qəsəbəsinin mərkəzi hissəsində görülmüş işlər və həyata keçiriləcək tədbirlərin layihələri ilə tanış olub. Rayon icra hakimiyyətinin başçısı Vasif İmanov Prezident İlham Əliyevə Pirallahı qəsəbəsinin baş planı haqqında ətraflı məlumat verdi. Bildirildi ki, dövlətimizin başçısının tapşırıqlarına uyğun olaraq, yeni yaranan rayonda müxtəlif nazirlik, komitə və baş idarələrin yerli qurumlarının təşkili prosesinə start verilib. Buna görə Pirallahı qəsəbəsinin baş planı hazırlanıb. Plana əsasən, Pirallahı qəsəbəsinin mərkəzində inzibati mərkəz üçün ayrılan ərazidə Pirallahı Rayon İcra Hakimiyyəti, Heydər Əliyev Mərkəzi və Yeni Azərbaycan Partiyası rayon təşkilatı üçün binaların inşası davam etdirilir.

Əlaqədar

Prezidentdən xəbərdarlıq: "Onlar dövlət qurumlarına soxulublar..."
Prezident jurnalistlər üçün üçüncü binanın təməlini qoyub
Prezident gözlənilən qərarı verdi
Prezident İlham Əliyev: "Məsələdən xəbər tutan kimi dərhal göstəriş verdim"
Teqlər:
Pirallahı rayonu, İlham Əliyev, Azərbaycan, prezident

Əsas mövzular