Sabahkı hava şəraitindən özünüzü qoruyun

© Sputnik / Murad OrujovBakıda isti
Bakıda isti - Sputnik Azərbaycan
Abunə olmaq
Bəzi yerlərdə 42 dərəcəyədək isti olacaq

BAKI, 20 iyul — Sputnik. Bakıda və Abşeron yarımadasında iyulun 21-də hava şəraitinin günəşli olacağı gözlənilir. Sputnik Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadən xəbər verir ki, şimal-şərq, şərq küləyi əsəcək.

Жара - Sputnik Azərbaycan
Azərbaycanda 40 dərəcəyədək isti gözlənilir

Havanın temperaturunun Abşeron yarımadasında gecə 22-26, gündüz 35-38, bəzi yerlərdə 40, Bakıda gecə 23-25, gündüz 36-38 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan aşağı 757 mm civə sütunu, nisbi rütubət 45-55 faiz təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 26-27, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 27-28, Türkan, Hövsan, Sahil, Şıxda 28-29 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında iyulun 21-də hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 20-25, gündüz 35-40, bəzi yerlərdə 42, dağlarda gecə 15-20, gündüz 26-31 dərəcə isti olacağı gözlənilir.

Xəbər lenti
0