06:47 04 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
1791 0 0

Nazirlik gözlənilən vəziyyəti açıqladı

BAKI, 15 iyul — Sputnik. Bakıda və Abşeron yarımadasında İyulun 16-da hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Sputnik Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadən xəbər verir ki, şimal-şərq küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Bakıda insanlar
© Sputnik / Murad Orujov

Havanın temperaturunun Abşeron yarımadasında gecə 20-24, gündüz 31-36, Bakıda gecə 22-24, gündüz 33-35 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi 760 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 45-50 faiz təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 22-23, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 23-24, Türkan, Hövsan, Sahil, Şıxda 25-26 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında iyulun 16-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 20-25, gündüz 33-38, dağlarda gecə 12-17, gündüz 21-26 dərəcə isti olacağı gözlənilir.

Əlaqədar

Bəzi rayonlarda hava şəraiti dəyişəcək
Gürcüstana gedənlərin nəzərinə: hava xəbərdarlığı
Həftə heç də sakit başlamayacaq: hava xəbərdarlığı
Hava kəskin dəyişəcək: xəbərdarlıq
Bəzi ərazilərdə əsl payız havası hökm sürəcək
Teqlər:
temperatur, şimşək, külək, hava, yağış

Əsas mövzular