22:03 20 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0562
XƏBƏRLƏR
Qısa URL
503 0 0

Təmir işlərinin qısa müddət ərzində yekunlaşdırılması nəzərdə tutulub

BAKI, 4 iyul — Sputnik. Pirşağı qəsəbəsinin girişində yerləşən və dəmir yolu üzərindən keçən avtomobil körpüsündə sabah səhər saatlarından etibarən asfalt-beton örtüyünün yenilənməsi ilə əlaqədar olaraq təmir işlərinə başlanılacaq. Bu barədə Sputnik Azərbaycan-a "Azəravtoyol" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib.

Onun sözlərinə görə, təmir işləri ilə əlaqədar olaraq sözügedən körpü ilə avtonəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq: "Təmir işlərinin qısa müddət ərzində aparılaraq yekunlaşdırılması nəzərdə tutulub".

Qeyd edək ki, sözügedən körpü Novxanı-Pirşağı avtomobil yolunda aparılan yenidənqurma işləri çərçivəsində təmir olunur.

Əlaqədar

Paytaxtda daha bir yol yenidən qurulur
Bakının məşhur prospektində yol hərəkəti dəyişdi
Bu yolun əsaslı təmirinə başlandı
600 km dəmir yolu əsaslı təmir olunur
Teqlər:
Pirşağı qəsəbəsi, təmir, yol, körpü

Əsas mövzular