09:32 26 İyun 2017
Canlı yayım
Avtobus

Bakıda marşrutlar gecə yarısına kimi işləyəcək

© Sputnik / Murad Orujov
XƏBƏRLƏR
Qısa URL
16310

Üç marşrut xətti üzrə avtobusların 20 saatlıq iş rejimində işləməsi qərara alınıb

BAKI, 19 iyun — Sputnik. Bakı Nəqliyyat Agentliyi (BNA) 23-25 iyun tarixlərində paytaxt Bakıda keçiriləcək Formula 1 Azərbaycan Qran-Pri yarışı ilə əlaqədar ictimai nəqliyyatın fasiləsiz və rahat fəaliyyətini təmin etmək məqsədi ilə zəruri tədbirlərin icrasını davam etdirir. BNA-nın mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, "Bakı Şəhər Halqası" Əməliyyat şirkətinin müraciətinə əsasən, yarış günlərində keçiriləcək mədəni-kütləvi tədbirlərdə iştirak edəcək şəxslərin ictimai nəqliyyatdan istifadəsini asanlaşdırmaq məqsədi ilə 3 marşrut xətti üzrə avtobusların 20 saatlıq iş rejimində işləməsi qərara alınıb.

Beləliklə, 23-25 iyun tarixlərində 5, 53 və 65 nömrəli marşrut xətti üzrə avtobuslar səhər saat 06:00-dan gecə saat 02:00-dək sərnişinlərə xidmət göstərəcək. Bakı Nəqliyyat Agentliyinin müvafiq qərarının icrası ilə bağlı 5, 53 və 65 nömrəli marşrut xətlərinin müvəqqəti istismarını həyata keçirən daşıyıcılara xəbərdarlıq məktubu da ünvanlanıb.

Əlaqədar

Daha bir marşrut xəttində dəyişiklik edilib
Bakıda 35 marşrut avtobusunun hərəkət istiqaməti dəyişdiriləcək
Bu avtobusların marşrutu dəyişəcək
Bu marşrutun hərəkət istiqaməti dəyişir
Bakıdakı bu marşrutun hərəkət istiqaməti dəyişdirildi
Teqlər:
Formula 1 Azərbaycan Qran-Prisi, BNA, Bakı Nəqliyyat Agentliyi, avtobus, Bakı, paytaxt

Əsas mövzular