15:05 13 Dekabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0271
  • EUR1.8991
Qəbələdə güclü yağış və dolunun yaratdığı fəsadlar

Bakı bir gün nəfəs alacaq, amma bölgələr...

© Sputnik / Ilham Ahmadov
XƏBƏRLƏR
Qısa URL
53112

Rayonlarda yaşayan vətəndaşlar bu xəbərdarlığı diqqətə almalıdırlar

BAKI, 17 iyun — Sputnik. Bakıda və Abşeron yarımadasında iyunun 18-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Sputnik Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadən xəbər verir ki, şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 15-17, gündüz 22-27, Bakıda gecə 15-17, gündüz 25-27 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi 762 mm civə sütunundan 758 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 75-85, gündüz 60-65 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında iyunun 18-də bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 12-17, gündüz 26-31, dağlarda gecə 5-10, gündüz 13-18 dərəcə isti olacağı gözlənilir.

Əlaqədar

Qeyri-sabit hava şəraitinin səbəbi aydınlaşdı
Sabahın hava proqnozu: bəzi yerlərə leysan, bəzi yerlərə 36° isti
Hava qərb bölgəsində fəlakət törətdi: təbiət insanlara qənim kəsilib
Hava xəbərdarlığı gəldi: şimşək, leysan, dolu...
Hava şəraiti sizi aldadacaq
Bəzi rayonlarda anomal hava şəraiti davam edəcək
Hava xəbərdarlığı: yola çıxmazdan oxuyun
Teqlər:
dəyişkən buludlu, hava şəraiti, Abşeron yarımadası, Bakı, yağış

Əsas mövzular