BAKI, 16 iyun — Sputnik. Xəbər verdiyimiz kimi, Ermənistan silahlı qüvvələri bölmələrinin törətdiyi təxribatın qarşısı alınarkən Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Şahvələdov Sultan Niyaz oğlu şəhid olub. Sputnik Azərbaycan xəbər verir ki, 1994-cü il təvəllüdlü, şəhid Sultan Niyaz oğlu Şahvələdov bu gün doğulduğu Qusardakı Şəhidlər Xiyabanında torpağa tapşırılıb.