Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Vladimir Putin: "Rusiyanın kürdlərlə problemi yoxdur"

© Sputnik / Alexander Polegenko / Mediabanka keçidBroadcast of Direct Line with Vladimir Putin
Broadcast of Direct Line with Vladimir Putin - Sputnik Azərbaycan
Abunə olmaq
Putin: "Kürd problemi kəskin olaraq qalmaqdadır"

BAKI, 15 iyun — Sputnik. "Rusiyanın hər zaman kürd xalqı ilə münasibəti olub. Hazırda da onu korlamağa heç bir səbəb yoxdur".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin bu gün "birbaşa xətt"də bildirib.

O, kürd döyüşçüləri təqdir edərək deyib:

"Biz həmişə kürd xalqı ilə münasibət saxlamışıq. İndi də mən bu münasibətlərə son qoymağa heç bir əsas görmürəm. Lakin biz əvvəlcə ümumi məsələnin həllinə nail olmalıyıq. Bu, terrorla mübarizə məsələsidir. Bizim mövqeyimiz bu məsələdə açıqdır, biz bilirik ki, kürd döyüşçülərinin terrorla mübarizədə töhfəsi böyükdür. Onlar yüksək döyüş qabiliyyətli və çox səmərəli fəaliyyət göstərən qüvvələrdir".

Putin İraqla çox fəal əməkdaşlıq etdiklərini və bu münasibətlərin daha da inkişaf edəcəyini deyib.

Rusiya prezidentinin sözlərinə görə, kürd problemi kəskin olaraq qalmaqdadır.

"Biz mövqeyimizi çoxdan müəyyən etmişik. Biz fəaliyyət və mövqeyimizi beynəlxalq hüquq çərçivəsində müəyyənləşdirəcəyik" — deyə Putin əlavə edib.

Xəbər lenti
0