Zaqatalada təbiət hadisəsi ölümlə nəticələnib

© pixabay / RPNВспышка молнии, фото из архива
Вспышка молнии, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Atasını sahənin ortasında ölmüş vəziyyətdə tapdı

Şahpəri Abbasova, Sputnik Azərbaycan 

BAKI, 15 iyun — Sputnik. Bu gün Zaqatala rayonunda 55 yaşlı kişini ildırım vurub. Nəticədə kişi həyatını itirib.

Sputnik Azərbaycan-ın bölgə müxbirinin verdiyi məlumata görə, bu gün səhər saatlarında Zaqatalanın Üçüncü Tala kəndində kənd sakini, 1962-ci il təvəllüdlü Bayramov İsa Sahəddin oğlu qoyunlarını otarmaq üçün yaxınlıqdakı örüş sahəsinə gedib.

Üstündən xeyli keçmiş qoyunlar özbaşına həyətə qayıtsalar da, Bayramov qayıtmayıb.

Bayramovun oğlu narahat olaraq atasına zəng edib. Lakin zəngə cavab gəlməyib.

Oğlu atasını soraqlaya-soraqlaya otlaq sahəsinə qədər gedib və sahənin ortasında atasını ölmüş vəziyyətdə tapıb.

Məlum olub ki, Bayramov ildırım vurması nəticəsində dünyasını dəyişib.

Qeyd edək ki, son vaxtlar havanın qeyri-sabit keçməsi, yağışların normadan artıq yağması ölkənin şimal-qərb rayonlarında təbii fəlakətlərə səbəb olur. İldırımvurma hadisəsinə isə həmin bölgədə mütəmadi olaraq rast gəlinir.

Xəbər lenti
0