02:13 16 Dekabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0256
  • EUR1.9314
Dollar

Dolları bahalaşdırmayan qalmadı

CC0 / JESHOOTS / dollar
XƏBƏRLƏR
Qısa URL
1836 0 0

Həm "qara bazar"da, həm banklararası ticarətdə, həm də bank tablolarında ABŞ valyutası bahalaşıb

BAKI, 14 iyun — Sputnik. İyun ayının 14-də "qara bazar"da dollar bahalaşıb. Fins.az-ın fərdi qaydada valyuta satışı ilə məşğul olan şəxslərdən əldə etdiyi məlumatlara əsasən səhər saatlarında dolların alışı 1.6800 manatdan 1.6900 manata, satışı isə 1.6900 manatdan 1.7000 manata yüksəlib. "Qara bazar"dan verilən məlumata görə, buna ötən gün keçirilən valyuta hərracında dolların bahalaşması səbəb olub.

Dollar
© Sputnik / Anton Denisov

Dollardan fərqli olaraq, avro "qara bazar" ucuzlaşıb. Belə ki, Avropa valyutasının alışı 1.8900 manatdan 1.8700 manata, satışı isə 1.9000 manatdan 1.8900 manata düşüb.

Bu gün banklararası ticarətdə də dollar yenidən bahalaşıb. "Bloomberg" terminalında dollar günə 1.6906 manat kursu ilə başlayıb. Başqa sözlə, dollar manat qarşısında 0,26% dəyər qazanıb. Qeyd edək ki, ötən gün "Bloomberg"də dollar ticarəti 1.6861 manat məzənnəsi ilə yekunlaşmışdı.

Nəhayət, ölkənin kommersiya bankları da valyutanın alış və satış qiymətlərinə dəyişiklik edib. Səhər saatlarında banklarda dolların ən sərfəli alış məzənnəsi 1.6910 manata, ən sərfəli satışı 1.6920 (dünən 1.6930 AZN) manata bərabərdir.

Araşdırmaya əsasən, dünən axşam saatları ilə müqayisədə "Yapı Kredi Bank Azərbaycan" dolların alış və satış qiymətini 0.40 qəpik bahalaşdırıb: alışı 1.6840 manatdan 1.6880 manatadək; satışı 1.6990 manatdan 1.7030 manatadək.

"Amrahbank" həmçinin hər iki göstəricini bahalaşdırıb: alışı 1.6900 manatdan 1.6910 manatadək, satışı 1.6940 manatdan 1.6945 manatadək.

"NikoilBank" ABŞ valyutasının yalnız alış qiymətini bahalaşdırıb: 1.6850 manatdan 1.6870 manatadək.

"Bank Silk Vey" və "Unibank" isə yalnız satış qiymətini cuzi bahalaşdırıb:

"Bank Silk Vey" 1.6925 manatdan 1.6930 manatadək;

"Unibank" 1.7022 manatdan 1.7023 manatadək.

Əlaqədar

Dolların sabaha olan məzənnəsi açıqlanıb
Dolların sabaha olan məzənnəsi açıqlanıb
Dollardan qəfil sıçrayış
Dollar bu qiymətə olacaq
Banklar dollarla bağlı qərar dəyişdirdi
Dolların məzənnəsi belə oldu
Dolların sabaha olan qiyməti bilindi
Dollar bu sürətlə gedərsə...
Teqlər:
baha, "qara bazar", məzənnə, bank, manat, dollar

Əsas mövzular