Dollardan qəfil sıçrayış

CC0 / artbaggage / DollarsДоллары США, фото из архива
Доллары США, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"Bloomberg"də dollardan sıçrayış – bahalaşma başladı

BAKI, 12 iyun — Sputnik. İyun ayının 12-də banklararası ticarətdə dollar günə bahalaşma ilə başlayıb. Fins.az xəbər verir ki, "Bloomberg" terminalında dollar günə 1.6938 manat kursu ilə başlayıb. Bu isə o deməkdir ki, dollar manat qarşısında 0,46% dəyər qazanıb.

100-долларовые купюры. Архивное фото - Sputnik Azərbaycan
Banklar dollarla bağlı qərar dəyişdirdi

Qeyd edək ki, iyunun 11-də "Bloomberg"də dollar ticarəti 1.6861 manat məzənnəsi ilə yekunlaşmışdı. Xatırladaq ki, bir sıra banklar öz müştəriləri üçün müəyyən etdiyi alış-satış qiymətlərini Bloomberg platformasında əks etdirir. Bu sifarişlər əsasında başqa bir indeks formalaşır ki, həmin indeks Bloomberg ticarət platforması ilə yanaşı Bloomberg.com saytında da elan olunur.

Bu gün ölkənin bir neçə bankı da valyutanın satış və alış qiymətlərinə dəyişiklik edib. Səhər saatlarında banklarda dolların ən sərfəli alış məzənnəsi 1.6910 manata, ən sərfəli satışı 1.6930 manata bərabərdir.

Araşdırmaya əsasən, istirahət günləri ilə müqayisədə "GünayBank" dolların alış və satış qiymələrini ucuzlaşdırıb: alışı 1.6910 manatadan 1.6900 manatadək, satışı 1.6960 manatdan 1.6950 manatadək.

"Yapı Kredi Bank Azərbaycan" həmçinin hər iki göstəricini ucuzlaşdırıb: alışı – 1.6910 manatdan 1.6880 manatadək, satış 1.7040 manatdan 1.7030 manatadək.

"Paşa Bank" isə dolların alış qiymətini bahalaşdırıb: 1.6600 manatdan 1.6700 manatadək.

Xəbər lenti
0