15:29 19 Noyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0266
  • EUR1.8828
Lerikdə sel

Çay yataqlarına yaxın ərazilərdə yaşayanlara xəbərdarlıq

arguspost.com
XƏBƏRLƏR
Qısa URL
130612

Milli Hidrometeorologiya Departamenti qeyri-sabit hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edib

BAKI, 11 iyun — Sputnik. Ölkə əhalisinə sabah Azərbaycanda hava şəraitinin qeyri-sabit keçəcəyi ilə bağlı xəbərdarlıq edilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Sputnik Azərbaycan-a verilən məlumata görə, iyunun 12-dən 13-ü gündüz saatlarınadək bəzi rayonlarda hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.

Ayrı-ayrı yerlərdə lokal leysan xarakterli yağışlar yağacaq, dolu düşəcək.

Çaylarda suyun səviyyəsinin artması səbəbindən sel düşəcəyi ehtimalı var. Odur ki, çay yataqlarına yaxın ərazilərdə yaşayan sakinlərin ehtiyat tədbirləri görməsi məsləhətdir.

Sabah ölkəyə Qərb küləyi hakim olacaq. Ayrı-ayrı yerlərdə külək arabir 20-25 m/s-dək güclənəcək.

Əlaqədar

Sel Bakı-Şamaxı yolunu bağladı, 500-dən çox avtomobil yolda qalıb
Azərbaycanda sel təhlükəsi - hava şəraiti kəskinləşir
İranda sel nəticəsində ölənlərin sayı artır
Sel nəticəsində ölənlərin sayı 300-ü keçdi
Qorxunc sel 154 can aldı
Teqlər:
dolu, leysan, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, sel, yağış, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamenti, Azəbaycan

Əsas mövzular