11:44 15 Noyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0266
  • EUR1.8744
Вид на столицу Катара — город Доха

Qətərin əmiri Ankara səfərinin təxirə saldı, nazirini Moskvaya göndərdi

© Sputnik / Vitaly Belousov
XƏBƏRLƏR
Qısa URL
43 0 0

Nazir bu gün Moskvada rusiyalı həmkarı Sergey Lavrovla görüşəcək

BAKI, 10 iyun — Sputnik. Qətərin xarici işlər naziri Məhəmməd ben Abdel Rusiyaya səfər edib.

Sputnik xəbər verir ki, nazir bu gün Moskvada rusiyalı həmkarı Sergey Lavrovla görüşəcək.

Görüşdə ikitərəfli və beynəlxalq məsələlər, həmçinin Fars körfəzindəki mövcud vəziyyət müzakirə ediləcək.

Bu arada Qətər əmiri Tamim bin Həməd əl-Tani Türkiyəyə səfərini təxirə salıb. Bu qərar regionda baş verən diplomatik böhranlarla əlaqədardır.

Ötən həftə Qətər əmiri ilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığı keçirərək iyunun 10-da Türkiyədə görüşməyi qərara almışdı.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı, Bəhreyn və BƏƏ, həmçinin Misir Qətəri terror təşkilatlarına və onların bu ərəb ölkələrində daxili vəziyyəti gərginləşdirmək üzrə fəaliyyətlərinə dəstək verməkdə ittiham edərək rəsmi Doha ilə diplomatik əlaqələri kəsdiklərini bəyan ediblər. Daha sonra bu ölkələrin sırasına Yəmən, Liviya, Maldiv, Qəmər adaları və Mavrikiy də qoşulub.

Əlaqədar

Qətər əmirindən gözlənilməz addım
Ekspert: “Qətər məsələsinin açarı Türkiyənin əlindədir”
Qətər münaqişəsi qızışır: Türkiyə bu ölkəyə qoşun yeridir
Ərdoğandan mühüm Qətər açıqlaması
"Qətər fırtınası" niyə başladı?
Teqlər:
Misir, Bəhreyn Krallığı, Səudiyyə Ərəbistanı, Rəcəb Tayyib Ərdoğan, Qətərin xarici işlər naziri Məhəmməd ben Abdel, Sergey Lavrov, Qətər, Rusiya, Türkiyə

Əsas mövzular