Azərbaycan vətəndaşlarına xəbərdarlıq edildi

© Photo : STRGədəbəydə sel
Gədəbəydə sel - Sputnik Azərbaycan
Abunə olmaq
İyunun 8-də hava şəraitinin qısa müddətə qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi gözlənilir

BAKI, 7 iyun — Sputnik. Bakıda və Abşeron yarımadasında iyunun 8-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Sputnik Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadən xəbər verir ki, mülayim şimal-qərb küləyi əsəcək, arabir güclənəcək.

Dolu. Arxıv şəkli - Sputnik Azərbaycan
HADİSƏ
Dolu daha bir bölgədə ciddi fəsadlar törətdi

Havanın temperaturunun Abşeron yarımadasında gecə 16-19, gündüz 25-30, Bakıda gecə 17-19, gündüz 23-28 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi 758 mm civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 40-50 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında iyunun 8-də bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 15-20, gündüz 28-33, dağlarda gecə 8-13, gündüz 16-21 dərəcə isti olacağı gözlənilir.

Nazirlik xəbərdarlıq da edir: Bəzi rayonlarda iyunun 8-də hava şəraitinin qısa müddətə qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Çaylarda sululuğun artacağı ehtimalı var.

Xəbər lenti
0