Banklar arasında dollar sürətlə bahalaşır, "qara bazar"da isə...

Abunə olmaq
Dollardan fərqli olaraq, avronun "qara bazar" məzənnəsi stabil olaraq qalıb

BAKI, 24 may — Sputnik. Banklararası ticarətdə dollar kəskin bahalaşıb. Sputnik Azərbaycan Fins.az-a istinadən xəbər verir ki, "Bloomberg" terminalında dollar günə 1.7021 manat məzənnəsi ilə başlayıb. Bu isə ötən günlə müqayisədə dolların manat qarşısında 1,01% dəyər qazanması deməkdir. Ötən gün "Bloomberg"də dollar ticarəti 1.6850 manat məzənnəsi ilə yekunlaşmışdı.

Центральный банк Азербайджанской Республики - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Azərbaycanda dollar ucuzlaşdı

Xatırladaq ki, bir sıra banklar öz müştəriləri üçün müəyyən etdiyi alış-satış qiymətlərini "Bloomberg" platformasında əks etdirir. Bu sifarişlər əsasında başqa bir indeks formalaşır ki, həmin indeks Bloomberg ticarət platforması ilə yanaşı Bloomberg.com saytında da elan olunur.

Bu arada, may ayının 24-da "qara bazar"da dollar nisbətən ucuzlaşıb. Fins.az-ın fərdi qaydada valyuta satışı ilə məşğul olan şəxslərdən əldə etdiyi məlumatlara əsasən səhər saatlarında dolların alışı 1.7000 manatdan 1.6900 manata, satışı isə 1.7050 manatdan 1.7000 manata düşüb.

Dollardan fərqli olaraq, avronun "qara bazar" məzənnəsi stabil olaraq qalıb. Avropa valyutasının alışı 1.88 manat, satışı isə 1.90 manat kursu ilə aparılır.

Xəbər lenti
0