05:47 24 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
68 0 0

Azərbaycan və xarici modelyerlər öz yeni kolleksiyalarını moda həftəsində paytaxtın müxtəlif meydançalarında təqdim edəcəklər

BAKI, 23 may — Sputnik. "Azerbaijan Fashion Week" cari ilin 23-27 may tarixlərində şəhərin müxtəlif yerlərində təqdim ediləcək.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə təşkilatçılar mayın 23-də Bakıda keçirdikləri mətbuat konfransında bildiriblər.

Görüşdə moda həftəsinin təşkilatçıları, layihənin tərəfdaşları, həmçinin Azərbaycan, Qazaxıstan, Gürcüstan və digər ölkələrdən olan dizaynerlər iştirak edib.

Layihənin art-direktoru Sayat Dossıbayevin Sputnik Azərbaycan-a verdiyi məlumata görə, onlar hər il bakılıları təəccübləndirməyə çalışırlar və buna görə də nümayiş üçün müxtəlif məkanlar seçirlər. 

Onun sözlərinə görə, artıq Azərbaycan modasının inkişafında tərəqqi müşahidə olunur və bir çox milli dizaynerləri xaricdə də tanıyır və moda həftələrinə dəvət edilirlər.

O qeyd edib ki, bu il moda həftənin əsas meydançaları Fairmont Baku Flame Towers oteli, Daş salnamə muzeyi, həmçinin İçərişəhər tarix-memarlıq qoruğunun ərazisi olacaq.

"Bütün nümayişlər maraqlı olacaq, çünki biz dizaynerlərdən xahiş etmişik ki, hər şeyi yüksək səviyyədə təşkil etsinlər və ən əsası da kolleksiyalar orijinal olsun. Biz Parisdən də modelyerlər dəvət etməyi planlaşdırmışdıq, amma təəssüf ki, hazırda beynəlxalq Kann festivalı keçirildiyi üçün onlar Bakıya uça bilmirlər" – deyə Dossıbayev bildirib.

O qeyd ki, bir çox qazaxıstanlı və gürcüstanlı modelyerlər özləri Bakıya uçmaq və moda həftəsində iştirak etmək arzularını ifadə ediblər. 

Həmçinin dizaynerlərin paltarlarını almağın mümkün olacağı şou-rumun da təşkili planlaşdırılır. Kolleksiyaların nümayişi paytaxtın ən qlamur yerində keçirilən gecə ilə başa çatacaq.

Dizaynerlərin hamısı mətbuat konfransında iştirak edə bilməyiblər, çünki onların əksəriyyəti gecəyə hazırlaşmaqla məşğuldur.

Gürcü dizayner Tinatin Maqalaşvili bildirib ki, Bakıya ikinci dəfədir gəlir, lakin moda həftəsində ilk dəfədir iştirak edir. Modelyerin sözlərinə görə, bir çox qazax dizaynerlərlə tanışdır, çünki onlarla dəfələrlə müxtəlif layihələrdə iştirak edib. 

"Bakı mənim çox xoşuma gəlir. Bura mənə Batumini xatırladır və ona görə də, burada özümü yad hiss etmirəm" – deyə Maqalaşvili bildirib.

O qeyd edib ki, bakılılar çox zövqlə geyinirlər. Ona görə də kolleksiyasının şəhər əhalisinin ürəyincə olacağına əmindir.

Qeyd edək ki, "Azerbaijan Fashion Week"-in açılış mərasimi bu gün Fairmont Baku Flame Towers otelində keçirilib.

Əlaqədar

Moda eksperti: “Dəb sənə yaraşanı geyinməkdir”
Bakı moda həftəsi mövsümün trendlərini təqdim edir
Bakı dəb həftəsində "Ən yaxşı cavan dizayner" seçiləcək
Dəb həvəskarları, üzərində əl yazıları olan idman ayaqqabıları Bakıdadır
Teqlər:
Fairmont Baku Flame Towers, Daş Salnamə Muzeyi, Azerbaijan Fashion Week, Kann festivalı, Tinatin Maqalaşvili, Sayat Dossıbayev, Batumi, Paris, Bakı

Əsas mövzular