Bu gün onların bayramıdır

© Sputnik / Irade JELILEkologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları - Sputnik Azərbaycan
Abunə olmaq
Peşə bayramı ilə əlaqədar tədbirlər Zığ-Heydər Əliyev Beynəlxalq Hava Limanı magistral avtomobil yolunun 22-ci kilometrliyinin ətrafında ETSN tərəfindən salınmış yaşıllıq zonasında davam etdirildi

BAKI, 23 may — Sputnik. Bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) kollektivi peşə bayramlarını qeyd edib. Tədbirə Fəxri Xiyabanda Ümummilli lider Heydər Əliyevin xatirəsini anmaqla başlanılıb. Ulu öndərin məzarı önünə əklil qoyulub, əziz xatirəsi ehtiramla yad edilib. Sonra Şəhidlər Xiyabanında ölkəmizin müstəqilliyi uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsi anılıb.

© Photo : ETSN-nin mətbuat xidmətiNazirliyin əməkdaşları Şəhidlər Xiyabanında
Nazirliyin əməkdaşları Şəhidlər Xiyabanında - Sputnik Azərbaycan
Nazirliyin əməkdaşları Şəhidlər Xiyabanında

Peşə bayramı ilə əlaqədar tədbirlər Zığ-Heydər Əliyev Beynəlxalq Hava Limanı magistral avtomobil yolunun 22-ci kilometrliyinin ətrafında ETSN tərəfindən salınmış yaşıllıq zonasında davam etdirildi. Tədbirdə çıxış edən ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov peşə bayramı münasibəti ilə nazirliyin kollektivini təbrik edərək, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda bütün sahələrdə olduğu kimi ekoloji tarazlığın qorunması və ətraf mühitin sağlamlaşdırılması istiqamətində də çoxsahəli ardıcıl quruculuq işlərinin davam etdirildiyini bildirdi. Nazir görülən işlər, həyata keçirilən tədbirlər, qarşıdakı vəzifələr və perspektiv planlar barədə qısa məlumat verdi.

© Sputnik / Irade JELILNazir H. Bağırov xüsusi xidmətlərinə görə fərqlənən əməkdaşları "Fəxri Fərman"la təltif edib
Nazir H. Bağırov xüsusi xidmətlərinə görə fərqlənən əməkdaşları Fəxri Fərmanla təltif edib - Sputnik Azərbaycan
Nazir H. Bağırov xüsusi xidmətlərinə görə fərqlənən əməkdaşları "Fəxri Fərman"la təltif edib

Daha sonra H. Bağırov ekologiya, təbii sərvətlərdən səmərəli istifadə, ətraf mühitin mühafizə edilməsi, bərpası və davamlı inkişafı sahəsində xüsusi xidmətlərinə görə nazirliyin fərqlənən əməkdaşlarını Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "Fəxri Fərman"ı ilə təltif etdi. Təltif edilənlərin çıxışlarından sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollektivi adından ölkə Prezidentinə müraciət qəbul olundu.

© Sputnik / Irade JELILİməcilik
İməcilik  - Sputnik Azərbaycan
İməcilik

Tədbirin davamı olaraq 30 hektar ərazidə iməcilik keçirildi. İməcilikdə Ekologiya və Təbii Sərvətlər Naziri H.Bağırov, nazirliyin əməkdaşları, ekoloji qeyri-hökumət təşkilatları və ictimaiyyətin nümayəndələri iştirak edib. Ərazidə abadlıq işləri aparılaraq yaşıllıqlara aqrotexniki qulluq göstərilib, ağacların dibi yumşaldılıb, sahə alaq otlarından təmizlənib.

Xatırladaq ki, Ümummilli lider Heydər Əliyevin 23 may 2001-ci il tarixli Fərmanı ilə ölkədə ekologiya, ətraf mühitin mühafizəsi, hidrometeorologiya, geologiya, meşəçilik və balıqçılıq sahəsində vahid dövlət siyasətini həyata keçirmək məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaradılıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 16 may 2007-ci il tarixdə imzaladığı Sərəncama uyğun olaraq hər il may ayının 23-ü ölkəmizdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramı kimi qeyd olunur.

Xəbər lenti
0