01:22 19 Oktyabr 2018
Canlı yayım
  • RUB0.0259
  • USD1.7000
  • EUR1.9550
Milli Məclis

Milli Məclisdən açıqlama gəldi: "Rəsmi qərar yoxdur, amma..."

© Sputnik / Murad Orujov
XƏBƏRLƏR
Qısa URL
358 0 0

Akif Təvəkküloğlu: "İyun ayında parlamentin növbədənkənar sessiyasının keçirilməsi gözlənilir, amma hələ qərar qəbul olunmayıb"

BAKI, 17 may — Sputnik. İyun ayında parlamentin növbədənkənar sessiyasının keçirilməsi gözlənilir, amma hələ qərar qəbul olunmayıb. Bunu Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu Sputnik Azərbaycan-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Milli Məclisin daxili Nizamnaməsində var ki, 65-dən yuxarı deputatın imzası ilə növbədənkənar sessiya keçirilə bilər: "Amma hələ qərar qəbul olunmayıb. Mənim əlimdə hələ rəsmi qərar, sənəd yoxdur. Amma Milli Məclisin növbədənkənar sessiyasının keçirilməsi gözlənilir".

A.Təvəkküloğlu bildirib ki, sessiya müddətində bir sıra sənədlərə baxılacaq: "Amma əvvəlcədən neçə iclasın keçiriləcəyini demək olmur".

Əlaqədar

Milli Məclis siqaret müzakirələrini yekunlaşdırdı
Milli Məclisin plenar iclası başlayıb
Milli Məclisdə narazılıq: "Rus icmasının da sənədlərində nöqsanlar var"
Hökumət Milli Məclisdə hesabat verir
Milli Məclisin iclası təxirə salınıb
Milli Məclis Xocalı soyqırımının 25 illiyi ilə əlaqədar qərar qəbul edib
Teqlər:
Akif Təvəkküloğlu, növbədənkənar sessiya, Milli Məclis, parlament, iclas

Əsas mövzular