CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakı avtovağzalı yenə "əl dəyişdirdi"

© Photo : APAAvtovağzal
Avtovağzal - Sputnik Azərbaycan
Abunə olmaq
Kompleksin əvvəlki rəhbərliyi də yenidən öz iş yerinə qaytarılıb

BAKI, 11 may — Sputnik. Azərbaycan Respublikası prezidentinin İşlər İdarəsinin balansında olan Bakı Beynəlxalq Avtovağzal Kompleksi yenidən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin balansına qaytarılıb. Sputnik Azərbaycan-ın APA-ya istinadən məlumatına görə, bu barədə kompleksdəki mənbə bildirib.

Bakı Beynəlxalq Avtovağzalı - Sputnik Azərbaycan
CƏMİYYƏT
Bakı Beynəlxalq Avtovağzalı çökür

"Bir müddət öncə kompleks ölkə başçısının İşlər İdarəsinin balansına verilmişdi. Bu gündən etibarən isə kompleks Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərəcək" — deyə mənbə qeyd edib.

Faktı nazirlikdəki mənbə də təsdiqləyib: "Kompleksin əvvəlki rəhbərliyi də yenidən öz iş yerinə qaytarılıb".

Qeyd edək ki, fevralın 13-də ölkə başçısının imzaladığı sərəncama əsasən Nəqliyyat və Rabitə və Yüksək Texnologiyalar Nazirliyi birləşdirilərək Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yaradılıb. Sərəncama əsasən kompleks yeni yaradılan nazirliyin nəzdində fəaliyyətini davam etdirir.

Xəbər lenti
0