CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Dollardan ard-arda yüksəliş

© AFP 2023 / WAKIL KOHSARDollar
Dollar - Sputnik Azərbaycan
Abunə olmaq
Banklarda və banklar arasında dollar bahalaşıb

BAKI, 10 may — Sputnik. Banklararası ticarətdə dollar yenidən bahalaşıb. Sputnik Azərbaycan Fins.az-a istinadən xəbər verir ki, may ayının 10-də "Bloomberg" terminalında dollar 1.6983 manata qədər yüksəlib. Bu isə ötən günlə müqayisədə dolların manat qarşısında 0,06% dəyər qazanması deməkdir.

Dollar - Sputnik Azərbaycan
Banklar tələsik dolları bahalaşdırdı

Qeyd edək ki, ötən gün "Bloomberg"də dollar ticarəti 1.6973 manat məzənnəsi ilə yekunlaşmışdı. Onu da xatırladaq ki, bir sıra banklar öz müştəriləri üçün müəyyən etdiyi alış-satış qiymətlərini Bloomberg platformasında əks etdirirlər. Bu sifarişlər əsasında başqa bir indeks formalaşır ki, həmin indeks Bloomberg ticarət platforması ilə yanaşı Bloomberg.com saytında da elan olunur.

Bu arada, banklar da bu gün səhər dolları bahalaşdırıb. Hazırda dolların ən sərfəli alış qiyməti 1.6840 manata, satışı – 1.6900 manata bərabərdir. Belə ki, "NBC Bank" dünən dolları 1.6750 manata alıb, 1.6900 manata satırdı. İndi isə bu məzənnələr artaraq 1.6800 və 1.6950 manata çatıb.

Bundan başqa, "Amrahbank" ABŞ valyutasının alış qiymətini 1.6800 manatdan 1.6820 manatadək, satışını isə 1.6900 manatdan 1.6940 manatadək bahalaşdırıb. "Günaybank", həmçinin, hər iki göstəricini bahalaşdırıb: alışı 1.6830 manatdan 1.6840 manatadək, satışı 1.6930 manatdan 1.6940 manatadək.

"Bank of Baku" da dolları bahalaşdıranlar siyahısına daxildir. Bu bank dolların alışını 1.6700 manatdan 1.6750 manatadək, satışını 1.7026 manatdan 1.7050 manatadək yüksəldib.

Xəbər lenti
0