Türkiyənin məşhur müğənnisi vəfat edib

© Photo : ibrahimerkal.com.trİbrahim Erkal
İbrahim Erkal - Sputnik Azərbaycan
Abunə olmaq
Üç dostu ilə birlikdə yeyib-içdikdən sonra avtoparkda yerə yıxılmış, beyninə qan sızmışdı.

BAKI, 9 may — Sputnik. Türkiyənin məşhur müğənnisi İbrahim Erkal vəfat edib.

Sputnik Azərbaycan Türkiyə mediasına istinadla xəbər verir ki, bir ay əvvəl beyninə qan sızan İbrahim Erkalın beyni ölüb. Onun beyni ölsə də, digər orqanlarının həyati fəaliyyəti davam edirmiş.

Müğənninin beyin ölümü keçirdiyini eşidən pərəstişkarları onun müalicə aldığı xəstəxanaya axın edib.

İbrahim Erkal - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Komada olan məşhur müğənnidən xəbər var

Erkal ailəsi sosial media vasitəsilə acı xəbəri ictimaiyyətə açıqlayıb:

"Dəyərli sənətkarımız İbrahim Erkal bütün çabalara baxmayaraq, haqqın rəhmətinə qovuşub."

Xatırladaq ki, 50 yaşlı müğənni evinin avtoparkında huşsuz vəziyyətdə tapılmış və təcili tibbi yardımla Beşiktaşdakı özəl xəstəxanalardan birinin reanimasiya şöbəsinə yerləşdirilmişdi.

Həkimlər onun vəziyyətinin ağır olduğunu, həyata dönüşünün çətin olacağını bildirmişdilər.

1996-cı ildə "Canısı" mahnısı ilə şöhrət qazanan Erkal bu ilin 11 aprel gecəsi 3 dostu ilə birlikdə yemək yeyib. Maşını sürmək üçün kafenin əməkdaşına verib. Əməkdaş Erkalı Maltəpədəki evinin avtoparkına qədər gətirib. Maşını park etdikdən sonra gedib.

Təhlükəsizlik kamerasının qeydlərinə görə, saat 01.00 radələrində İbrahim Erkalın halı pisləşib və o, avtoparkda yerə yıxılıb. 1.5 saat sonra binanın mühafizəçisi Erkalı avtoparkda huşsuz vəziyyətdə yatan görüb və ailəsinə zəng edib.

Təcili tibbi yardım Erkalın beyninə qan sızdığı müəyyən edib. O, elə həmin tarixdən də komaya düşüb.

Erkal 1966-cı il oktyabrın 10-da Türkiyənin Ərzurum şəhərində anadan olub. Onun üçüncü övladı, beyninə qan sızmazdan bir qədər əvvəl dünyaya gəlmişdi.

Xəbər lenti
0