Fransa öz prezidentini seçdi

© Sputnik / Алексей Витвицкий / Mediabanka keçid“En Marche” Hərakatının lideri Emmanuel Makron
“En Marche” Hərakatının lideri Emmanuel Makron - Sputnik Azərbaycan
Abunə olmaq
Emmanuel Makron səslərin 65,9%-ni toplayıb

BAKI, 7 may — Sputnik. Mayın 7-də Fransada prezident seçkilərinin həlledici — ikinci turunda  "En Marche" ("İrəli") hərəkatının namizədi, mərkəzçi Emmanuel Makron qalib gəlib. İlkin məlumatlara görə, o, səslərin 65,9 faizini əldə edib.

Sputnik Azərbaycan Euronews-a istinadla xəbər verir ki, "Milli cəbhə" partiyasının namizədi Marin Le Pen isə seçicilərin 34,1 faizinin səsini qazanıb.

Qeyd edək ki, Fransada prezident seçkilərinin aprelin 23-də keçirilən birinci turunda 11 namizəd qatılmışdı. İlk turun nəticələrinə görə, E.Makron 24,01, M.Le Pen isə 21,3 faiz səs toplamışdı.

39 yaşlı Makron Fransa tarixində ən gənc prezident olacaq.

Xəbər lenti
0