Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Məşhur ulduzlar Bakıya gəlir

© AFP 2023 / JACK TAYLORНиколь Шерзингер
Николь Шерзингер - Sputnik Azərbaycan
Abunə olmaq
Arif Rəhimov: "Onlar özlərini təsdiqləmiş dünya ulduzlarıdır"

BAKI, 2 may — Sputnik. Məşhur dünya ulduzları iyunun 24-də axşam saatlarında səhnəyə çıxaraq Formula 1 azarkeşləri üçün ən çox sevilən mahnılarını səsləndirəcəklər

Bakı Şəhər Halqasının mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, musiqi dünyasının ən məşhur ulduzlarından Nikol Şerzinger və "The Black Eyed Peas" qrupu 2017 Formula 1 Azərbaycan Qran Prisinin keçiriləcəyi yarış həftəsonunun şənbə günü Bakıda yarışı izləməyə gələnlərə canlı konsert verəcək. İyunun 24-ü axşam saatlarında dənizkənarı bulvar ərazisində yerləşən böyük səhnəyə əvvəlcə Nikol Şerzinger, onun ardınca isə "The Black Eyed Peas" qrupunun üzvləri çıxacaqlar. Ulduzlar yarışı izləməyə gələn Formula 1 azarkeşləri üçün gözəl musiqi nümunələri səsləndirərək Bakıya toplaşmış avtoidman həvəskarlarına əyləncə ilə dolu unuzulmaz gecə yaşadacaqlar.

BŞH-nin icraçı direktoru Arif Rəhimov hər iki iştirakçının 2017 Formula 1 Azərbaycan Qran Prisi ərəfəsində canlı konsert proqramı ilə çıxış etmək üçün Bakıya edəcəyi səfərdən böyük məmnunluq duyduğunu bildirib: "Musiqi dünyasının ən çox tanınan ulduzlarının Bakıya konsert proqramı üçün gəlişi bizi yüksək həddə sevindirir və qürurlandırır. "The Black Eyed Peas" qrupunun hər bir üzvü və Nikol Şerzinger özünü isbat etmiş dünya ulduzlarıdır və onlar bir müğənnidən gözlənilənləri tam şəkildə gerçəkləşdirən ali dərəcəli musiqişünaslardır. Musiqi ilə Formula 1 hər zaman bir arada olmaqla yanaşı öz yaradıcı sərhədlərini aşmağa çalışır. Ulduzların adlarının elan olunması bu baxımdan sözügedən möhtəşəm ənənəni davam etdirir. Bu səbəbdən 2017 Formula 1 Azərbaycan Qran Prisini qaçırmaq olmaz və biz iyun ayında Bakıda baş tutacaq yarış həyəcanı və əyləncə coşğusunu birlikdə yaşamaq üçün hamınızı indidən səb9rsizliklə gözləyirik".

Xəbər lenti
0