Dollar həftəyə təzadlarla başladı

© Sputnik / Irade JELILManat və dollar
Manat və dollar - Sputnik Azərbaycan
Abunə olmaq
Banklarda dollar həftəyə necə başladı?

BAKI, 1 may — Sputnik. Bu gün ölkənin bir neçə bankı valyutanın satış və alış qiymətlərinə dəyişiklik edib. Sputnik Azərbaycan Fins-ə istinadən xəbər verir ki, səhər saatlarında banklarda dolların ən sərfəli alış məzənnəsi 1.6800 manat, satış – 1.6850 manata bərabərdir.

ABŞ dolları - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Dolların məzənnəsi açıqlandı

Araşdırmaya əsasən, dünən axşam saatları ilə müqayisədə "Amrahbank" dolların alışını və satışını 0.5 qəpik ucuzlaşdırıb: alışı 1.6750 manatdan 1.6700 manatadək, satışı 1.6900 manatdan 1.6850 manatadək. "Bank of Baku" həmçinin hər iki göstəricini ucuzlaşdırıb: alışı 1.6700 manatdan 1.6600 manatadək, satışı – 1.7150 manatdan 1.7030 manatadək. "NBC Bank" dolların alışını 1.5 qəpik ucuzlaşdıraraq, satışı 1 qəpik bahalaşdırıb: alışı 1.6750 manatdan 1.6600 manatadək, satış 1.6900 manatdan 1.7000 manatadək.

"Bank Silk Vey" və "Yapı Kredi Bank Azərbaycan" ABŞ valyutasının yalnız alış məzənnəsini bahalaşdırıb: "Bank Silk Vey"də 0.5 qəpik bahalaşıb: 1.6650 manatadn 1.6700 manatadək; "Yapı Kredi Bank Azərbaycan" isə 1 qəpik: 1.6600 manatdan 1.6700 manatadək.

Xəbər lenti
0