Dollar alqı-satqısına məhdudiyyətlə bağlı radikal qərar

© AFP 2023 / OZAN KOSE ABŞ dolları
ABŞ dolları - Sputnik Azərbaycan
Abunə olmaq
Artıq uzun müddət idi ki, bank bir müştəriyə yalnız 3 min dollaradək məbləğ alıb satırdı. Aprelin 28-də isə limit 10 min dollara bərabərdir.

BAKI, 28 aprel — Sputnik. Bu gün səhər, dünən axşam saatları ilə müqayisədə bir sıra Azərbaycan banklarının ABŞ valyutasının məzənnəsinə dəyişiklik etdiyi müşahidə olunur. Sputnik Azərbaycan fins.az-a istinadən xəbər verir ki, hazırda dolların ən sərfəli alış qiyməti 1.6850 manata, satış – 1.6950 manata bərabərdir.

Dollar - Sputnik Azərbaycan
"Qara bazar"da dollar sürətlə bahalaşır

Belə ki, "Bank Silk Vey" dolların alış-satış qiymətini ucuzlaşdırıb: alışı – 1.6700 manatdan 1.6650 manatadək, satışı – 1.7025 manatadan 1.7000 manatadək. "Yapı Kredi Bank Azərbaycan" satışı ucuzlaşdırıb, alışı isə bahalaşdırıb: alışı – 1.6700 manatadan 1.6720 manatadək, satış ı– 1.7120 manatadn 1.7100 manatadək.

"Atabank" hər iki göstəricini bahalaşdırıb: alışı – 1.6600 manatdan 1.6700 manatadək, satışı – 1.7050 manatdan 1.7100 manatadək. "AgBank" həmçinin ABŞ valyutasının alış və satış qiymətini bahalaşdırıb: alışı – 1.6400 manatdan 1.6600 manatadək, satışı – 1.7150 manatdan 1.7200 manatadək.

Bu arada, bu gün Azərbaycan kommersiya banklarından biri dolları alış və satışına olan limiti bir qədər də artırıb. Fins.az xəbər verir ki, söhbət "VTB Bank Azərbaycan"dan gedir. Belə ki, artıq uzun müddət idi ki, bank bir müştəriyə yalnız 3 min dollaradək məbləğ alıb satırdı. Aprelin 28-də isə limit 10 min dollara bərabərdir.

Xatırladaq ki, "VTB Bank Azərbaycan"da dolların alış məzənnəzi 1.6800 manata, satışı isə 1.7080 manat təşkil edir.

Xəbər lenti
0