Səhər-səhər dollardan yeni xəbər: ortalıq qarışdı

© AFP 2023 / OZAN KOSE ABŞ dolları
ABŞ dolları - Sputnik Azərbaycan
Abunə olmaq
Hərracdan əvvəl "qara bazar"da dollar qalxdı

BAKI, 25 aprel — Sputnik. Bu gün keçiriləcək valyuta hərracından əvvəl "qara bazar"da dollar yenidən bahalaşıb. Fins.az-ın fərdi qaydada valyuta satışı ilə məşğul olan şəxslərdən əldə etdiyi məlumatlara əsasən, səhər saatlarında dolların alışı 1.6600 manata, satışı isə 1.6700 manata yüksəlib.

Центральный банк Азербайджанской Республики - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Dolların sabaha olan məzənnəsi açıqlanıb

Xatırladaq ki, ötən gün "qara bazar"da ABŞ valyutası 1.6500 manata alınıb, 1.6600 manata satılırdı. "Dollar alverçiləri" bildirirlər ki, dollar alan tapılmasa da, satanlar artıb: "Bu da dolların məzənnəsinin son dövrlər demək olar ki, stabil olması ilə bağlıdır".

Bu arada, banklararası ticarətdə də dollar yenidən bahalaşıb. Fins.az xəbər verir ki, "Bloomberg" terminalında dollar 1.6975 manata qədər yüksəlib. Bu isə ABŞ valyutasının manatı qarşısında 1,22 % dəyər qazanması deməkdir. Qeyd edək ki, bundan əvvəl dollar terminal üzərində günü 1.6775 manat kursu ilə yekunlaşdırmışdı.

Qeyd edək ki, bir sıra banklar öz müştəriləri üçün müəyyən etdiyi alış-satış qiymətlərini Bloomberg platformasında əks etdirir. Bu sifarişlər əsasında başqa bir indeks formalaşır ki, həmin indeks Bloomberg ticarət platforması ilə yanaşı Bloomberg.com saytında da elan olunur.

Xəbər lenti
0