14:11 23 Avqust 2017
Canlı yayım
Şüşə, arxiv şəkli

Özünü bərpa edən material

© Foto: PUBLIC DOMAIN
XƏBƏRLƏR
Qısa URL
4011

Yeni maddə elektrik keçirmək xüsusiyyətinə malik olduğundan, onu smartfonlar üçün displey kimi də istifadə etmək mümkündür

BAKI, 22 aprel — Sputnik. Amerikalı alimlər zədələnən zaman özünü bərpa edə bilən material hazırlayıblar.

Yeni maddə elektrik keçirmək xüsusiyyətinə malik olduğundan, onu smartfonlar üçün displey kimi də istifadə etmək mümkündür.

Kəşfin müəllifləri Kaliforniya Universitetinin bir qrup alimidir. Qrupun rəhbəri Çao Van bildirib ki, material dartıldığı zaman onun uzunluğu 50 dəfə artır, parçalandıqda isə hissələri bir sutkadan gec olmayaraq yenidən bərpa olunur.

Yeni işləmənin əsasını ion-dipol əlaqəsi prinsipi təşkil etdiyinə görə, molekullar bir-birini cəzb edərək cızıq və parçalanmaları aradan qaldırır. 

Ç.Vanın sözlərinə görə, üç ildən sonra özlərini bərpa edən materiallar sənayedə, xüsusilə smartfonların istehsalında kütləvi istifadə olunacaq.

Qeyd edək ki, bundan əvvəl də alimlər tərəfindən xüsusi maye əsaslı özünü bərpa edən material hazırlanıb. Həmin materialın istifadəsi kosmik sahədə baş verən qəzalar zamanı nəzərdə tutulub.

Əlaqədar

ABŞ alimləri: Köklük yaşlılar üçün faydalıdır
Rusiyalı alimlərdən unikal kəşf: yeni era başlayır
Alimlər 3D süni ürək yaratdılar
Teqlər:
özünü bərpa edən material, molekul, Amerikalı alimlər, smartfon, Yeni ixtira, Kaliforniya Universiteti, Çao Van

Əsas mövzular